Deputat yenə yazdı – İNTİHARLARDAN

Məlik Cahangirov və Mustafazadə Rəşad Əlixan oğlunun, iki gənc insanın intihar xəbərini böyük üzüntü içərisində oxudum.

Cəmiyyət olaraq sadəcə üzülmək və üzüldüyümüz ifadə etməklə bu kimi halların artmasının qarşısını ala bilmərik.

İntiharlar əksər hallarda dərin depresiyyaların sonucu olur.

Cəmiyyətimizi depressiya nədir və depresiya əlamətləri hiss edildiyi anda mütləq həkimə müraciət etməyin vacibliyi barədə geniş məlumatlandırmalıyıq. İnsanlarımız ətrafında, çevrəsində despresiyya əlamətləri hiss etdikləri adam gördüyündə özü, ailəsi ilə bu barədə danışmağa cəhd etməli, onun həkim müalicəsinə göndərilməsinə nail olmalıdır.

Çünkü depresiya müalicə olunmazsa hər zaman ağır sonuclar doğurur.

ganira_pashayeva_180215_1

İkinci vacib məsələ duyarlı olmalıyıq.

Bəzən yazdığı yazılar, statuslarla intihar əvvəli məsajlar verən insanları qınamaqdansa onun depresiyyadan əziyyət çəkdiyi və məhz onun üçün belə məsajlar yazdığını anlamalı və ona dəstək olmağa, yardıma tələsməliyik.

Hadisə baş verdikdən sonra “belə yazmışdı keşkə həmin an yanına gedib dəstək olmağa çalışsaydıq” yazan dostları oxuyunca üzülürük.

Amma hamımız bilməliyik ki sonrakı peşmançılıq fayda verməz.

Daha duyarlı toplum olmalıyıq.

Depresiyya sadəcə sosial problemlər üzündən yaranan bir xəstəlik deyil o müxtəlif səbəblərdən yarana bilir ona görə çox diqqətli olmalıyıq.

Televiziyalarımızda, mətbuatımızda bu istiqamətdə maarifləndirmə verlişlərinin artması da çox vacibdir.

Nur içində yatsın hər iki gəncimiz!

 Allah acılı ailələrinə,əzizlərinə səbr versin!

Bir daha belə acı xəbərlərlə başlamayaraq yeni günə.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Prezident nazirləri yenidən topladı… – FOTO – YENİLƏNİB

Read Next

“İaşə obyektlərini ifşa etməlidir…” – HADİ RƏCƏBLİDƏN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir