Həmkarım Zahid Orucun dəvəti ilə bu gün Sosial Tədqiqatlar Mərkəzinin kollektivi ilə Big Data, Dövlət idarəetməsində texnologiyaların yaratdığı çağırışlar, sosial innovasiyalar, iqtisadi inkişaf və digər məsələlər barədə çox maraqlı müzakirələrimiz oldu.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkili Tahir Mirkişili məlumat verib.
“Bunu etiraf edim ki, uşaqlar çox hazırlıqlı idilər, müasir trendləri izləyir və açıq,sərbəst fikirlər irəli sürürdülər.
Mərkəzdən “Yaxın zamanlarda ölkəmizdə sosial sahədə ciddi tədqiqatlarla rastlaşacağıq!” təəssüratı ilə ayrıldım.
Gənclərlə tanış olduqca ciddi insan kapitalına sahib olduğumuza bir daha əmin olursan”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az