Deputat Zakir Fərəcovun separatçı “Bərzanipərəst” kadrından yazdı…

Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, məni işdən Müstıqil Kürdüstana görə çıxardınız, mən də gedib Azərbaycan pasportumu yandıracağam.

Yəni, “Müstəqil Kürdüstan” naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir.) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik.

Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir.

İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib?

Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur.

Ancaq bu sevgini bəhanə edib Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq.

 

Fazil Mustafa,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bunlar əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafının göstəricisidir” – BAHAR MURADOVA – FOTO

Read Next

“Aramızda “roma”çılara yer olmamalıdır!” – DEPUTATDAN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir