Deputatdan bələdiyyə sədrinə sərt cavab gəldi…

Bələdiyyə sədri ilə deputatın sözü çəpləşdi: Əvvəl sənəd verin, sonra vergi yığın
Yeni tikilən binalara bələdiyyə tərəfindən diqqət göstərilir. Amma həmin binalardakı mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı olmadığına görə vergi vermirlər.

Etikxeber.az-ın  xəbərinə görə, bunu Bakı şəhəri, Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında deyib.

O, bildirib ki, “çıxarış”ı olmayan mənzillərdən vergilərin yığılması qanunvericilikdə dəyişiklik edilməsindən sonra mümkün ola bilər: “Yeni tikilən bina istismara verilir, amma orada olan mənzillərin “çıxarış”ı olmur. Belə olan halda vergi yığa bilmirik. Hətta elə olur ki, binadakı mənzillərin bir neçəsinin “çıxarış”ı olduğuna görə vergi verir, onun qonşuları isə vergi vermirlər. Bu da ümumi prosesə təsir göstərir”.

fazail-2

Adıçəkilən komitənin üzvü  Fəzail İbrahimli isə deyib ki, qeydiyyatı aparılmayan mənzillərdən vergi yığılması doğru deyil:

“Məsələyə başqa tərəfdən baxmaq lazımdır. Niyə həmin binalardakı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmır? Binalar qeydiyyata alınmalıdır, sonra vergi də yığılmalıdır. Vergi mülkiyyətdən alınar, mülkiyyəti təsdiq edən sənəd olmadıqda necə vergi yığmaq olar? Əvvəl sənəd verin, sonra vergi yığın!”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az


Read Previous

Bələdiyyə sədri ya bələdiyyə sədrliyini etməli, ya da … – KAMRAN BAYRAMOV

Read Next

Düşüncələrdəki istiqlal – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir