Deputatdan çağırış: “İmkanlı adamlar qazilərimizə dəstəyi özlərinə borc bilməlidir” – FOTO

“Masazırda yaşayan Qarabağ müharibəsi Qazisi Solmaz xanımı ziyarət etdik, geniş fikir mübadiləsi apardıq, qayğıları ilə maraqlandıq. Solmaz xanım və ailəsi çox çətin bir həyat yaşayır, imkanlı insanlarımız daim bu cür insanlara öz dəstəklərini göstərməlidir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, icra qurumları, bələdiyyə Qarabağ qaziləri ilə mütəmadi maraqlanmalıdırlar, imkanlı adamlarımız onlara dəstəyi özlərinə bir borc bilməlidir.

“Müharibə hələ bitməyib və torpaqlarımızı geri almayana qədər də bitməyəcək. Böyüyən nəsillərimiz görməlidir ki, çətin anlarda Vətənin çağırışına səs verənlər, qoruyanlar heç bir zaman unudulmur və hər zaman diqqət mərkəzindədir. Bu istiqamətdə isə hər birimizin üzərinə düşən vəzifələr var və hər bir insanımız bu məsələlərə daim diqqət etməlidir.

Allah Solmaz xanıma və balalarına yardımçı olsun. Ümid edirəm ki, Abşeron rayon İcra Hakimiyyəti, Masazır bələdiyyəsi onun hansı şəraitdə yaşadığını araşdırıb, müəyyən köməklik edəcəklər. Bu gün bəzi insanlarla da danışdım. Bəziləri Solmaz xanımın ailəsinə dəstək olmağa çalışacaqlarını dedi.

 Allah bütün Qarabağ Qazilərimizə kömək olsun!”-deyə, o, sözlərinə əlavə edib.

deputat-qanira

Etikxeber.az

Read Previous

“Bu, Trampa “bizimlə ol” çağırışıdır” – POLİTOLOQ

Read Next

Şəhidimiz Astaranın Şahağacı kəndində dəfn olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir