Deputatdan həmkarına etiraz: “Tarix sizin kimi insanları öz siyahısından siləcək”

“Son günlər başım kikboksinq çempionatlarına qarışdığı üçün mətbuatda Türkiyə və Nuri Paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişəm. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim”.

Etikxeber.az xəbər verir ki, bu sözlər millət vəkili Adil Əliyevə məxsusdur.

Nuru_pasha_65_azmus

Qeyd edək ki, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusu və onun komandanı Nuri Paşa haqqında söylədiyi  fikirlər cəmiyyətin ən müxtəlif təbəqələrinin təpkisinə səbəb olub.

A. Əliyev isə fkirlərini sonra  bu cür ifadə edib:
“Qəhrəman Nuri Paşa və Qafqaz-İslam Ordusu Türk xalqının qəlbinə dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər söyləyib, gündəmə gəlmək istəyən, sapı özümüzdən olan baltalar olmasa, biz daha çox irəli gedə bilərik. Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk birliyi güclənəcək. Və tarix bu cür insanları öz siyahısından siləcək”.

araz

Etikxeber.az

Read Previous

Deputat “üsyan” etdi: “Vəziyyətin bu dərəcədə olduğunu təsəvvürə gətirməzdim”

Read Next

Millət vəkili Hacı Əbdülü və “Hacı, Hacıxanım” titulu işlədənləri “yıxıb-sürüdü”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir