Deputatdan-MƏHKƏMƏ İCLASLARI İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİFLƏR

Məhkəmə insanların son ümididir. Heç bir səbəb haqqın, ədalətin bərpasını ləngitməməli, gecikdirə bilməməlidir. Bu baxmdan, məhkəmə iclaslarının Skype, yaxud, analoji vasitələrdən istifadə etməklə real vaxt rejimində, distant keçirilməsinə başlanmalıdır-təbii ki, bütün məhkəmə proseslərinin distant keçirilə biləcəyi qənaətində deyiləm.

Etikxeber.az-ın xəbərinə görə, bu təkliflə millət vəkili Bəhruz Məhərrəmov çıxış edib.

O, deyib ki, dünyada bu istiqamətdə çox olmasa da kafi sayda yaxşı təcrübə var-məsələn, Çin.

“Bununla da:1. İndiki şəraitdə karantin rejiminin tələblərinə əməl olunmaqla məhkəmə müdafiəsinin ləngimədən təmin olunmasına şərait yaranar; 2. Distant məhkəmə həmçinin gələcəkdə proses iştirakçılarının zamana və xərclərə qənaət etməsinə, məhkəmə müdafiəsinin ləngimədən təmininə imkan yaradar.3. Lazımsız və formal xarakterli, boş yerə resurs xərclənməsinə səbəb olan bir sıra prosessual qaydalar tədricən sıradan çıxmış olar. 4. Aşkarlıq və şəffaflığın daha ağlabatan formada təmininə şərait yaranar.5.Elektron məhkəmə formatı üçün yeni imkanlar açılar. 6. Onsuz da gec tez dünyada başlanmış bu tendensiyaya qoşulmağa məcburuq, sadəcə indiki halda prosesə start verməklə informasiyalı cəmiyyət quruculuğunda mühim məsafə qət etmiş olarıq”-millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az


Read Previous

Müdafiə Komitəsi növbəti dəfə bəyanat verdi-TOFİQ YAQUBLUNUN AZADLIĞINI TƏLƏB ETDİ

Read Next

“Hər bir vətəndaşa 500 manat ilkin maliyyə yardımı ayrılsın, kommunal və kredit ödənişləri dayandırılsın”-SABİQ MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir