Deputatdan “Mehmed bir cihan fatihi” dizisinə ETİRAZ

“Mehmed bir cihan fatihi” dizisinin ssenarisini yazanların və rejissorlarının etdikləri xətanı qınayırıq.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva KanalD-də yayımına başlanan diziyə münasibətini bildirərkən deyib.

mehmed-1

mehmed-bir-cihan-fatihi-1_16_9_1521479003

“Dizinin ilk dəqiqəsindən Ağqoyunlu hökmdarı Uzun Həsənə xain deyilməsi böyük bir xətadır və üzr diləmələri gərəkir”-deyən millət vəkili onu da qeyd edib ki, dizidə adı çəkilən savaş, yəni,  Ankara çölündəki müharibə 1402-də olub.

“Türklərin Bayandur tayfasından olan Uzun Həsən isə 1423-cü ildə anadan olub. Yəni, Ankara çölündəki müharibə baş verən tarixdə Uzun Həsən dünyaya gəlməmişdi. Əgər bu xəta qəsdən edilməyibsə, o zaman üzr diləmələrini gözləyirik. Yox, əgər, qəsdən edilibsə, demək ki, kimlərsə bilərəkdən Türk tarixini gənclərin yanlış bilməsinə çalışır və buna icazə verməmək gərəkdir”– Q. Paşayeva sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyev Məmnun Hüseynə təbrik göndərdi

Read Next

Əliyev Putinə başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir