Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə (MM) 2020-ci ilin büdcə layihəsinin 2-ci oxunuş müzakirələrində çıxış edərək, Qarabağ Qaziləri İctimai Birliyinin (İB) millət vəkillərinə, hökümət qurumlarına müraciətini səsləndirib, müvafiq qurumları bu müraciətə həssaslıq və diqqətlə yanaşmağa çağırıb.
Etikxeber.az-ın xəbərinə görə, ötən ildən ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələrinə 11 min manat “qanpulu” – birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Q.Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin – hərbi qulluqçuların şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı “Qarabağ Qaziləri”nin təkliflərini, millət vəkilləri və hökümətə müraciətini səsləndirib.
Q.Paşayeva “Qarabağ Qaziləri”nin və bütün Qarabağ müharibəsi əlillərinin ölkə Prezidentinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək, Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarımızın həssaslıqla yanaşacağına inandıqlarını deyib və müvafiq qurumları bu məsələyə yaxın günlərdə baxmağa çağırıb.
Millət vəkili “Qarabağ Qaziləri”nin hökümətə və millət vəkillərinə bu məsələ ilə bağlı müraciətinə yaxın zamanlarda baxılması və öz həllini tapması üçün dövlət qurumlarına çağırış edib.
Etikxeber.az