Deputatdan qorxunc PROQNOZ: “Kriminal artacaq”

“Ölkədə işsizliyin artması insanları kriminal aləmə sövq edir”.
Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə,  hökumət yaranmış vəziyyətdə  yeni iş yerləri açmaq və insanların məşğulluğunu təmin etmək istiqamətində ciddi tədbrilər planı həyata keçriməlidir.
“Əks təqdirdə, bu işsizlik ciddi fəsadlara gətirib çıxaracaq. Mən bu günlərdə rayonların birində yas mərasimində idim. Insanlar işsizlik problemindən  narahatlıqlarını dilə gətirirdilər. Bildirirdilər ki, işsizlik artıq gənclər arasında narkomaniyaynın inkişaf etməsinə təkan verməklə yanaşı, onları kriminal aləmə  də sövq edir. Ona görə də  bu problemin qarşısının alınması təkcə polisin gücü daxilində deyil. Gərək  hökumət də bu istiqamətdə ciddi tədbirlər həyata keçirsin. Hansı yolla yeni iş yerləri açılmalıdır, hökumət bu məsələyə ciddi yanaşmalıdır. Yoxsa gələcəkdə bunun fəsadları pis ola bilər”– deyə, millət vəkili bildirib.
Etikxeber.az

Read Previous

Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtda xüsusi qərargah yaradıldı

Read Next

Millət vəkilindən ürəkağrıdıcı sözlər: “İnsanlar artıq vedrə ilə un almağa başlayıb”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir