Deputatdan və hüquq müdafiəçisindən Rəşad Məcidin təklifinə – DƏSTƏK

Dəyərli dostumuz Rəşad Məcid təhsil kreditinin verilməsi məsələsini aktuallaşdırdı, tam dəstəkləyirəm. Baxmayaraq ki, Milli Məclisdə dəfələrlə deputat həmkarlarımız mövzunu diqqətə gətirib, ancaq reallaşması mümkün olmayıb.

Etikxeber.az xəbər verir ki, millət vəkili Fazil Mustafa deyib.

“Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”-deyə, millət vəkili sözlərinə əlavə edib.

talaba-1

“Rəşad Məcid ciddi bir problemə toxunub. Ödənişə görə təhsili davam etdirə bilməyən tələbə adını qazanmış şəxslərlə bağlı. Nə qədər insan seçdiyi həyat yolunu cüzi məbləğə görə davam etdirə bilməyəcək”.

Bunu isə tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O, qeyd edib ki, dövlət bu halda ən azı faizsiz və uzunmüddətli tələbə krediti verilməsini təmin edə bilər.

“O qədər də böyük vəsait etməyəcək.

Həm də bu xərc geri qayıdacaq, istər pul şəkilində, istərsə də digər şəkildə.

Bəlkə bir təşəbbüs göstərək?”-deyə, S. Məmmədov sonra bildirib.

Etikxeber.az

 

 

 

Read Previous

Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Read Next

Əli Əhmədovun çağırışı ilə bağlı “Müsavat”ın reaksiyasına YAP-dan cavab özünü gözlətmədi: “ƏSƏBİ, QEYRİ-ADEKVAT CAVABDIR”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir