Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycanda sistemli islahatlar aparılmayacağı təqdirdə, manat real bazarda öz qiymətini tapandan sonra da ucuzlaşması davam edəcək. Əgər sistemli islahatalar həyata keçiriləcəksə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq, əks təqdirdə, böhran davam edəcək”.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Əli Məsimli FED-n dolların çot dərəcəsinin möhkəmləndirilməsi ilə bağlı qərarına və bu qərarın Azərbaycan iqtisadiyyatına, manatın məzənnəsinə təsirləri barədə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, FED-in dolların uçot dərəcəsinin möhkəmləndirilməsi bütün dünyadakı valyutlara nisbətdə möhkəmləndirilməsinə gətirib çıxaracaq.
“Bu qərar təbii ki, Azərbaycan manatına da öz təsirini göstərəcək. Bu təsir birbaşa olmasa da, psixoloji təsiri olacaq. Bu gün manatın məzənnəsində FED-in qərarı deyil, daha çox digər amillər rol oynayır. Bunlar neftdən gələn valyuta gəlirlərinin azalması ilə yanaşı, ölkədən çıxan kapital axınıdır”- deyə, millət vəkili vurğulayıb.
Manatın tam üzən məzənnəyə keçməsi ilə bağlı məsələyə aydınlıq gətirən millət vəkili bildirib ki, bu, labüddür və üzən məzənnəyə keçilməlidir:
“Burada əsas məsələ ondan ibarətdir ki, tam üzən məzənnəyə keçildikdən sonra hansısa yeni çərçivələr olacaq ya yox? Bu gün manat real bazar qiymətindən nisbətən aşağıdır. Ancaq bu qiymət real bazar qiymətinə yaxınlaşmaqdadır. Bir müddətdən sonra bu qiymət real bazar qiymətinə yaxınlaşacaq”.
İqtisadçı alim hesab edir ki, əsas problem manatın real bazar qiymətini aldıqdan sonra başlayacaq və ciddi problem də bu zaman yaranacaq:
“Manat real bazarda qiymətini aldıqdan sonra hökumət manatın ədalətli qiymətinin sabitliyinin qorunub saxlanması istiqamətində hansısa addımlar atacaq, ya yox?! Yoxsamı, yenə də əvvəlki kimi idarə maraqları hər şeydən üstün olacaq? Bax, bu gün manata ən böyük təhlükə budur. İdarə maraqlarının hər şeydən üstün olmasıdır. Çünki 2015-ci ildə manatın iki dəfə devalvasiya uğradılmasında da idarə maraqları üstün gəldi.
Məhz idarə maraqlarının hesabına manat 21 fevral 2015-ci ildə 34 faiz, daha sonra da 84 faiz şok devalvasiyaya uğradı. Hansı ki, dünyada belə praktikaya təsadüf rast gəlinir.Çünki ildə iki dəfə şok devalvasiya olmaz. Bunun nəticəsi olaraq ölkədə bank sektoru çökdü. Belə demək mümkünsə, ölkədə maliyyə sisteminin daşını-daş üstə qoymadı. Belə,olmaz! Bunu edən cavabdeh şəxslər məsələ ilə bağlı cavab verməli və bir çox suallara aydınlıq gətiməlidir ki, bir daha belə hallar təkrarlanmasın”.
Ə. Məsimli əlavə edib ki, əgər hökumət üzən məzənnəyə keçidi düzgün həyata keçriməyəcəksə, bu, növbəti səhv olacaq və nəticədə bank sektorunun tam çökdürülməsinə gətirib çıxaracaq.
“Əgər biz iqtisadiyyatı canlı orqanizm kimi dəyərləndirsək, bank sektoru bu orqanizmin qan-damar sistemidir. Qan-damar sistemi norma fəaliyyət göstəməyən oqranizmin nə sağlamlığıdan, nə də onun perspektivli sabahından söz açmaq olar. Ölkə iqtisadiyyatında real sektorun inkişafını istəyirksə, bank sektoru sağlamlaşdırılmalı və burada ciddi islahatlar həyata keçirilməlidir. Çünki bugünkü bank sektorunun fəaliyyəti real sektorunun inkişafına mane olur. 25 fazilik kreditlə iqtisadiyyatda hansı nəticəni əldə etmək olar ki?! Ona görə də heç olmasa, sahibkarlıqla məşğul olanlara krediti əlçatan etmək lazımdır. Odur ki, bank sektoru yenidən qurulmalıdır”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili bildirib ki, bank sektorunu təcili ayağa qaldımaq üçün həyata keçirilən islahatlarla paralel olaraq, istehsal sahəsinin təcili inkiaşfına nail olmaq lazımdır.
“Bunun ardınca əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində əməkhaqlarının, pensiyaların və digər müavinətlər artırılması lazımdır. Yəni, insanlaın minimum yaşayış tələbatı ödənilməlidir. Bu proseslər paralel aparılacaqsa, o zaman ölkə iqtisadiyyatında canlanma müşahidə olunacaq. Ona görə ki, istehsal-maliyyə sosial blok bir-biri ilə bağlıdır və bunlar paralel inkişaf etdirilməlidir.
Əgər bu olacaqsa, Azərbaycanda böhran ağrısız keçəcək. Yox, əgər iqtisadi islahatlar dediyim prinsiplər əsasənda sistemli aparılmayacaqsa, manat real bazarda öz dəyərini alsa belə, ondan sonra da mantın ucuzlaşması davam edəcək”- deyə, Ə.Məsimli bildirib.
Millət vəkili deyib ki, real bazarda manatın qiymətinin hası səviyyə çatacağını bilsə də, bunu deyə bilməz, çünki bu cəmiyyətdə ciddi ajiotja gətirib çıxarar:
“Odur ki, hökumət burada təcili olaraq sistemli islahatlar həyata keçirilməlidir. Çünki dolların bahalaması fonunda ölkəyə idxal olunan malların qiyməti artacaq və bu da infilyasiya prosesinə ciddi təsir göstərə bilər. Baxmayaraq ki, hökumət 2017-ci ildə infilyasiyanın 7 fazi olacağını deyir, ancaq proses belə davam edəcəksə, Azərbaycanda infilyasiya növbəti ildə ikirəqəmli ola bilər”.
Millət vəkili hesab edir ki, Tarif Şurası bir daha qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarına baxmalıdır:
“Çünki bu qiymətləri artımaqla hökumətin əldə edəcəyi 300 milyon manat olacaq ki, bu da elə böyük miqdar deyil. Ancaq hökumət bunun əvəzində kölgə iqtisadiyaytını 10 fazi azaldarsa, büdcəyə bundan iki dəfə çox vəsait cəlb edə bilər. Bunun üçün hökumət qazanın dibindəki “qara deşikləri” bağlamaqla, əyriliklərə son verməklə buna nail olacaq. Yəni, burada qənatə rejimi lazımdır. Daha qənatə rejimi deyəndə sadə vətəndaşın, 200-500 manat alan vətəndaşın alıdğının qənaət rejiminə keçməsi başa düşülməməlidir. Bu gün 200-500 manat ancaq şəxsin öz fizioloji mövcudluğunu qoruyub-saxlamasına bəs edir. Daha bu vəsaiti nə qədər qənaət etməlidir?! Bu yanaşma gülünc yanaşmadır və belə yanaşmalardan uzaq olmaq lazımdır.
Əgər vətəndaş aldığı 200-500 manata da qənaət edərsə, bu, onun fizoloji varlığının sonu deməkdir. Odur ki, israfçılığın qarşısının alınması, qənaət rejiminə keçilməsi deyiləndə ayrı-ayrı məmurların israfçılığı nəzərdə tutulmalıdır. Hansı ki, dövlətin milyonlarla, milyardlarla vəsaitini talayır və dağıdırlar. Əgər onların bu dağıdıcılığının qarşısı alınarsa, həm böhrandan çıxmaq olar, həm vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq, onların əməkhaqlarını, pensiya və digrə sosial müavinətlərini artırmaq olar”.
Millət vəkili sonda onu da bildirib ki, əgər hğkumət yuxarıda sadaladığı kimi, sistemli islahatlar həyata keçirərəsə, Azərbaycan başqa ölkələrdən fərqli olaraq böhrandan tez və ağrısız çıxacaq:
“2017-ci il Azərbaycan üçün sonuncu böhran ili olacaq. Yox, əgər sistemli islahatlar keçirilməyəcəksə, o zaman bu böhran uzana bilər.Mən istərdim ki, 2017-ci il Azərbaycan üçün sonuncu böhran ili olsun”- deyə, Ə.Məsimli bildirib.
M. B.
Etikxeber.az