Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mən dünyanın nüfuzlu təşkilatlarından, o cümlədən, BMT-nin müvafiq qurumlarından xahiş edirəm ki, geni dəyişdirilmiş məhsulların (GMO) istehsalına və istehlakına son qoyulması istiqamətində ciddi addım atsınlar.
Çünki bunlar insan sağlımlığı, genefondun təhlükəsizliyi üçün ciddi və təhlükəli problemlərdəndir.
Etikxeber.az-ın xəbərinə görə, bunu parlıamentdə keçirilən beynəlxalq konfransda millət vəkili, yazıçı Hüseynbala Mirələmov deyib.
O, deyib ki, GMO-nun qarşısının alınması istiqamətində dünya miqyasında parlamentlər səviyyəsində daha sərt qanunlar qəbul olunmalıdır:
“Mən bir neçə il öncə bazardan həmin GMO-dan, yəni, alma almışdım. İnandıram sizi, bir dəfə təsadüfdən şkafı açıb baxanda gördüm ki, 3 il əvvəl aldığım alma xarab olmayıb, çürüməyib. Özüm dəhşətə gəldim. Bu, çox böyük təhlükədir. Gələcəyimiz, genefondumuz üçün böyük bəladır. Bizə belə məhsullar lazım deyil, biz bunları istəmirik. Ona görə bu istiqmətdə ciddi, kəsərli adımlar atılmalıdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az