Deputatın görüşündə bir müddət əvvəl Bərdədə yaşanmış-İNSİDENT MÜZAKİRƏ OLUNDU VƏ…

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bərdədə vətəndaşları qəbul edib.

Etikxeber.az-ın xəbərinə görə, qəbulda rayon hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

Rayonun Qaradırnaq kəndində baş tutan görüşdə bir müddət əvvəl yaşanmış insident müzakirə edilib.

Örüş yeri ilə bağlı yaranmış narazılığın hüquqi təfərrüatlarınin müəyyən edilməsi üçün vətəndaşların fikirləri, rəyləri, hadisə ilə daha müfəssəl məlumatlar dinlənilib və görüşdə vurğulanıb ki, vətəndaşlar həmişə dövlətin yanında olublar, Prezidentin siyasətini dəstəkləyiblər, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən hüququn aliliyinin, ədalətin təsbit edilməsi üçün atılan addımları dəstəkləyib, ona sədaqətlərini nümayiş etdiriblər.

Həyata keçirilən islahatlara dəstək duran sakinlər istər sahibkarlığın inkişafı, istərsə də xüsusi mülkiyyətin müdafiə olunması ilə bağlı görülən işləri təqdir ediblər.

Eləcə də görüşdə hadisə zamanı baş verən qanunsuz davranışlarla bağlı məsələlər müzakirə olunub.

İstər Z. Oruc tərəfindən, istərsə də rayon hüquq-mühafizə orqanları tərəfindən sona qədər obyektiv mövqe tutulacağı, hər bir detalın ayrıca araşdırılacağı qeyd olunub.

Komitə sədri bildirib ki, bundan sonrakı hüquqi mərhələlərdə də proses onun nəzarətində olacaq, daim diqqət mərkəzində saxlanılacaq.

Daha sonra Z.Oruc bir neçə sakinin müraciəti əsasında irriqasiya, suvarma sistemləri ilə bağlı məsələləri müzakirə edib.

Xüsusilə, yeni artezian quyularının qazılması və pandemiyadan əvvəl başlayan işlərin davam etdirilməsi ilə bağlı proseslə maraqlanıb.

Həmçinin, karantin rejiminin qaydaları, sosial məsafə davranışları nəzərə alınmaqla yerli sakinlərlə görüşüb, orda vurğulanıb ki, pandemiyadan xalqımız və dövlətimiz ölkə rəhbəri İlham Əliyevin və Mehriban xanımın rəhbərliyi ilə uğurla çıxıb, artıq bölgələrdə, əsasən də aqrar sahədə fəaliyyət tam bərpa edilib.

Etikxeber.az

Read Previous

“Cümhuriyyət həqiqətləri yalnız ictimai-siyasi planda deyil, sənət müstəvisində də daha dərindən öyrənilməli, yaşadılmalıdır” – QƏNİRƏ PAŞAYEVA RAİS RƏSULZADƏ İLƏ GÖRÜŞDÜ

Read Next

“Xalq qəzet”inin konfrans zalı…Rəsulzadə ilə bağlı tərs sual…Özündən çıxan baş redaktor…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir