Deputatlar bahalaşmadan və keyfiyyətsizlikdən şikayətləndilər

Deputat Fərəc Quliyev Novruzqabağı bazarlarda bahalaşmadan danışıb. 

Etikxeber.az xəbər verir ki, o parlamentin fevralın 23-də keçirilən plenar iclasında qeyd edib ki, qarşıdan Novruz bayramı gəlir və adətən bayramqabağı bazarlarda qiymət artımı olur:

“Buna görə də, bayram qabağı bahalaşma nəzarətə götürülməlidir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları monopolistlərə qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır. Çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

Deputat Tahir Rzayev  isə çıxışında ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsulları satışa çıxarıldığını və həmin məhsulların görüntülərinin televiziyada yayımlandığını diqqətə çatdırıb:

tahirr

“Televiziyada cəmdəkləri görən insanlar bundan qorxuya düşür, başqa ətləri də almaq istəmir. Bu cür məhsulları satan insanlarla bağlı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə heç bir məlumat verilmir. Yaxşı olar ki, mütəxəssislər həmin satıcılara qarşı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə məlumat versinlər və insanlarda da bu məsələ ilə bağlı əminlik yaransın”.

O həmçinin deyib ki, son zamanlar 6-7 kiloqramlıq quzu və 50 kiloqramlıq buzovların kəsilməsi kütləvi hal alıb: “Belə ətin insanın sağlamlığı üçün faydalı olduğunu deyirlər. Lakin hesab edirəm ki, bu heyvanlar hələ yetişməlidir və ət tutmalıdır. Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurub”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır – KOMİTƏ SƏDRİ

Read Next

Sürücülərin nəzərinə: Yeni cərimələr tətbiq olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir