Deputatlar bir-birindən ən azı iki metr aralıda-ƏYLƏŞƏKLƏR – YENİ SPİKER QƏRAR VERDİ

Milli Məclis (MM) Sədrinin  təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

Etikxeber.az-a MM-dən daxil olan məlumata görə, belə ki, parlamentin 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda  əyləşməsi məsələsi öz həllini tapıb.

Bununla yanaşı MM deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilmiş, parlamentin avtomobil  vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunur.

Xatırladırıq ki, MM-də idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir.

Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə  parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir.

Etikxeber.az

Read Previous

Əmək və sosial siyasət komitəsinin üzvləri-TESTDƏN KEÇİRİLDİ, ANALİZ VERDİLƏR- MUSA QULİYEV İSƏ ÇAĞIRIŞ ETDİ – YENİLƏNİB

Read Next

Telekanallar fasiləsiz-İŞLƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir