Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və deputat Rasim Musabəyov dekabrın 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, deputatlar “Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları və həmin zonalarda insan hüquqları” mövzusunda konfransda iştirak edəcəklər. Konfransın məqsədi dondurulmuş münaqişələrin Şərq tərəfdaşlarının ərazilərində insan hüquqlarının və fundamental azadlıqlarının icrasına təsirini araşdırmaqdır.
Tədbirdə Avropa İttifaqı qurumlarının təmsilçiləri, Avropa Parlamentinin və tərəfdaş ölkələrin deputatları, hökumət təşkilatlarının ekspertləri iştirak edəcəklər.
MM-in deputatları toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcəklər.
Etikxeber.az