Deputatlar dekabrın 11-də-12 MƏSƏLƏNİ MÜZAKİRƏ EDƏCƏKLƏR…

Milli Məclisin (MM) növbəti plenar iclası dekabrın 11-də keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasda 12 məsələ müzakirə olunacaq və həmin məsələlər bunlardır:

1. “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə.

2. Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin  edilməsi haqqında.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). 

4. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “”Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

11. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Onu da qeyd edək ki, Hesablama Palatasının sədri vəzifəsinə yenidən Vüqar Gülməmmədovun namizədliyi ilə sürüləcək və səsverməyə çıxarılacaq.

Etikxeber.az

Read Previous

Ceyhun Bayramov Ruhani ilə nəyi-MÜZAKİRƏ ETDİ? – FOTO – YENİLƏNİB

Read Next

İki il öncə Cəlilabadın icra başçısı təyin edilən-NAMİQ ZEYNALOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ, ONA QARŞI İRƏLİ SÜRÜLƏN İTTİHAMLAR MƏLUM OLDU, HAQQINDA 4 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ… – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir