Deputatlar hakimlər və vəkillərin sayının artırılmasını təklif etdilər

Deputatlar hakimlər və vəkillərin sayının artırılmasını təklif etdilər

“Bu yaxınlarda bir məhkəmə sədri ilə söhbət etdim. O mənə dedi ki, təkcə noyabr ayında məhkəməyə 17 min mülki xarakterli iş daxil olub. Biz əgər bunu günlər üzrə hesablasaq, bir hakimin üzərinə bir günə minimum 9 iş düşür”. Bunu millət vəkili Qüdrət Həsənquliyev  Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 15-də keçirilən iclasında Cinayət –Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, belə olan halda hansısa keyfiyyətli işdən söhbət gedə bilməz: “Buna görə də, məhkəmələr gözdən düşür, ədalətsilziyə yol verilir. İşlərin çoxluğundan, zaman olmaması məsələsindən bu kimi problemlər ortaya çıxır. Ona görə də hakimlərin sayını artırmaq lazımdır”. Millət vəkili bildirib ki, o cümlədən, vəkillərin sayının da artırılması yaxşı olardı: Paralel olaraq hakimlərin əməkhaqqısının da artırılması məsələsi yerinə düşərdi. Belə olan halda hakim ləyaqətli həyatını aldığı maaş hesabına təmin edə bilər. Biz vaxtilə həyəcan təbili çalırdıqı ki, hüquq-mühafizə orqanları iş adamlarına işinə fəal müdaxilə edir. Çox təəssüf ki, buna əməl etməyənlər oldu. Əməl olunmadığına görə də indi bunun məhkəmələrdə ağır nəticələrini görürük”.

Millət vəkili Rafael Cəbrayılov da hakimlərin ştat vahidinin artırılması ilə bağlı həmkarının fikrini dəstəkləyib: “Məhkəmələrdə mülki işlərlə bağlı məsələlər ürəkaçan deyil. Ona görə də hakimlərin sayının artırılması yaxşı olardı”.

KAMİL

Read Previous

“MTN əməkdaşlarının şirkətə gəldiklərini və Miryusif müəllimi aparıldıqlarını eşitdim…” – ŞAHİD

Read Next

Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür – “Azərbaycan Dəmir Yolları”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir