Deputatlar iyunun 12-də 7 məsələni müzakirə edəcək-DEPUTATLAR YENƏ BİR-BİRİNDƏN ARALIDA ƏYLƏŞƏCƏK, TİBBİ MASKALARDAN İSTİFADƏ EDƏCƏKLƏR…

Milli Məclisin (MM) iyunun 12-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Etikxeber.az-ın məlumatına görə, gündəliyə 7 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır: 

  1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
  2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
  4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
  5. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
  6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
  7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

Qeyd edək ki, iclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yenə bir-birindən iki metr aralıda əyləşəcək, tibbi masklar və əlcəklərdən istifadə edəcəklər.

Eyni zamanda, karantin rejimi ilə əlaqədar bu dəfə heç bir KİV təmsilçisi MM-in iclasını izləmək və işıqlandırmaq üçün parlamentə buraxılmayacaq.

Etikxeber.az

Read Previous

“Vəzirova “bambılı” dedik, Mütəllibova “güzgü-daraq” qoşduq, Yaqub Məmmədovun şəklini “dollar”a yapışdırdıq, Elçibəyə lətifələr qoşdular, təhqir etdilər, Əliyev gəldi…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Niyə susuruq?”-EKS-DEPUTATIN MÖVQEYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir