Deputatlar lombardlarla bağlı qanun layihəsinə iradlarını bildirdilər…

Sentyabrın 17-də Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Ziyad Səmədzadə payız sessiyasının başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırdı, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

Sonra Ziyad Səmədzadə cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin gördüyü işlər barədə məlumat verdi.

Qeyd etdi ki, ötən sessiya çox məhsuldar olub. Bu müddətdə komitənin 26 iclası keçirilib, 180 qanun layihəsi müzakirə olunub. Bir sıra qanunlara dəyişikliklərin edilməsi, sazişlərin təsdiqlənməsi ilə bağlı məsələlərə, yeni hazırlanmış qanunların layihələrinə baxılıb. Deputatlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər. 

ziyadddddd-2

Komotə sədri həmçinin bildirdi ki, komitə iqtisadi islahatların dərinləşməsinə həmişə öz dəstəyini verir:

“Bu sahədə qanunvericilik bazası daim təkmilləşdirilir. 2019-cu ilin  payız sessiyasının iş planına da iqtisadi sahənin daha da inkişaf etdirilməsini təmin edəcək bir sıra vacib qanun layihələri daxil edilib”.  

Sonra 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında komitənin fəaliyyəti  qənaətbəxş hesab edildi, payız sessiyası üçün iş planı müsbət dəyərləndirildi.

Diqqətə çatdırıldı ki, bugünkü iclasda 8 məsələ – “Lombardlar haqqında”  (2-ci oxunuş), “Texniki tənzimləmə haqqında” (3-cü oxunuş), “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi  haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək  pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilmişi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

İkinci oxunuş üçün təqdim olunmuş “Lombardlar haqqında” qanun barədə bildirildi ki, sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətlər  tənzimlənir.

Diqqətə çatdırıldı ki, layihənin ilk müzakirəsi zamanı verilən təklif və tövsiyələr qanunda öz əksini tapıb.

Komitə üzvləri Vahid Əhmədov, İlham Əliyev, Əli Məsimli, Tahir Mirkişili, Şəmsəddin Hacıyev, Cavid Qurbanov qanun layihəsi barədə öz fikirlərini açıqladılar, ciddi iradlarını bildirdilər, təkliflərini verdilər.

Bildirildi ki, bu, çox vacib qanundur, əhalinin müəyyən həssas təbəqəsini əhatə edir və bu sahədə şərtlər elə olmalıdır ki, insanlara ziyan dəyməsin.

Layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətli olduğu qeyd edildi.

Tədbirdə iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov səsləndirilən suallara aydınlıq gətirdi.

Müzakirələr zamanı deputatlar digər qanun layihələrinə də münasibət bildirdilər.

İclasın sonunda gündəliyə daxil edilən bütün sənədlər MM-n plenar iclasına tövsiyə olundu.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Təhsil kreditlərinin “bəxti” açılır – LAYİHƏ YAZ SESSİYASINA ÇIXARILA BİLƏR

Read Next

“Bir də görürsən ki, ailəli qadın ən ucqar dağ kəndində müəllim işləyir…” – MUSA QASIMLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir