Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Orta məktəblərdə rusdilli bölmələrin 8-ci sinfində Azərbaycan və Dağlıq Qarabağın tarixi ayrı-ayrı kitablarla tədris olunur. Məgər, Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O, bildirib ki, bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlər olub. S. Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib: “Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu, hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də, bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib, deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərslik kimi tədris olunur. O baxımdan, xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın”.
S.Novruzovun qaldırdığı məsələyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru, deputat Y. Mahmudov isə belə cavab verib ki, bir tarix var, o da – Azərbaycan tarixidir. “Bu təxribatın qarşısı alınmalıdır. Azərbaycanın bir tarixi var. Kimlərsə təxribat yaradaraq, Azərbaycan tarixinə qara yaxmaq istəyirlər”.
MM-in sədri Oqtay Əsədov də öz növbəsində bildirib ki, kitabları yazanlar üzə çıxarılmalıdır:
“Araşdırın görək bunu kim yazıb?!”.
Etikxeber.az