Deputatlar nikah müqaviləsindən, azyaşlı uşaqların cinsi istismarı məsələsindən danışdılar… – YENİLƏNİB – (1)

Komitə sədri: Ötən dövrdə komitəmizə 124 şikayət və ərizə daxil olub

Yanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib.

aqiye-1
Etikxeber.az-ın xəbərinə görə, adışəkilən komitənin sədri Aqiyə Naxçıvanlı ilk öncə bildirib ki, son payız sessiyasında komitənin 3 iclası keçirilb və 6 məsələ müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib. O, deyib ki, hesabat dövründə komitənin ünvanına 124 müraciət daxil olub, onlardan 70-i tədbir görülməsi məqsədi ilə aidiyyatı qurumlara göndərilib, digərləri müvafiq qaydada həll olunub. Həmçinin, MM-də komitə üzvləri tərəfindən 51 nəfər qəbul edilib, dinlənilib. Sonra komitəınin 2018-ci il qanunvericilik işlərim planından danışılıb.
Müzakirələr açılmadan hər iki məsələ qəbul olunub.
***
meclis-4
Sədaqət Vəliyeva: “Nikah müqaviləsində məcburilik olmalıdır”

Daha sonra söz alan komitə üzvü Sədaqət Vəliyeva iclasda nikah müqaviləsi məsələsini qaldırıb.

Millət vəkili deyib ki, bu məsələdə ciddi problemlər var. Deputat hesab edir ki, Ailə Məcəlləsində nikah müqaviləsi məsələsi öz əksini tapmalı və bu məsələdə könüllülük yox, məcburilik tətbiq edilməlidir: “Çünki qeyd etdiyim kimi, nikah müqaviləsi və bu məsələdə məcburilik olmadğı üçün ailələr dağlıdıqdan sonra ciddi problemlər yaranır. Nikah müqailəsi olmadığı üçün xüsusilə, boşanan qadınlar çox əziyyət çəkməli olurlar. Çox zaman onlara heç nə düşmür. Uşaq və ya uşaqlar da  ortada qalır. Qadın da bəzən ayrı ərə gedir və doğulan uşaq və ya uşaqların taleyi, aqibəti acınacaqlı duruma düşür. Ona görə də nikah müqaviləsi məsələsində konkret addımlar atılmalı, məcburilik tətbiq olunmalıdır”.
A.  Naxçıvanlı da qaldırlan problemin əsaslı olduğunu və onun həllinin tapmasının vacibliyini söyləyib.
***
Millət vəkilləri  azyaşlı uşaqların cinsi istismara məruz qalmasından narahatdırlar

İclasda həmçinin azyaşlı uşaqların istismara, xüsuslə, cinsi istismara qalması məsələsi müzakirə mövzusu olub.

Bu barədə də danışan millət vəkili S. Vəliyeva sözügedən  məsələnin ağrılı, utanverici olduğunu, onun qarşısının alınmasının vacibliyini, bu yöndə qanunverilcilikdəki müddəaların daha da sərtləşdirilməsinin gərəkdiyini vurğulayıb. Onun sözlərinə görə, son illər çox təəssüflər olsun ki, ölkədə boşanma, xüsusən də, erkan nikahlar arasında, halları artıb və bundan da ən çox əziyyət çəkən azyaşlı uşaqlar olur: “Bəzən həmin uşaqlar ortada qalır və bir sıra hallarda da cinsi istismarla üzləməli olurlar. Bu, çox ağrılı məsələdir. Bunun bağlı daha ciddi addımlar arılmalıdır”.
Adıçəkilən komitənin sədri A. Naxçıvanlı da bu məsələnin bir müddət öncə millət vəkili Tahir Rzayev tərəfindən komitənin iclasında  qaldırıldığını xatırladıb və deyib ki, çox təəssüflər olsun,  hələ də uşaqlarla belə üzücü, xoşagəlməz hallar yaşanır: “Bu məsələ doğrudan da ağrılı məsələdir və tək bizdə yox, dünyada üzləşilən bir problemdir. Bu məsələ hər birimizin diqqətində olmalıdır və diqqətindədir. Mən də belə hesab edirəm ki, bu problemin həllini tapması, uşaqların istismara, xüsusilə, cinsi istismara məruz qalmasının qarşısının alınması istiqamətində növbəti vacib addımlar atılmalıdır. Yenə deyirəm, son vaxtlar az yaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Fikirləşirik ki, bununla bağlı qanunda hansı dəyişiklikləri edək ki, həmin şəxslər daha sərt cəzalansın”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və…

Read Next

AŞPA-da “Zeytun budağı”ndan danışıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir