Deputatlar payız sessiyasının son iclasında 6 məsələni-MÜZAKİRƏDƏN KEÇİRƏCƏK…

Milli Məclisin (MM) payız (qış) sessiyasının son iclasının gündəliyi məlum olub. 

Etikxeber.az-ın məlumatına görə, parlamentin payız sessiyasının dekabrın 30-da keçiriləcək sonuncu iclasının gündəliyinə 6 məsələ daxil edilib. 

Gündəlikdəki məsələlər bunlardır:

1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2.Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında.

6. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında. 

Etikxeber.az

Read Previous

“Əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq”-NAZİRDƏN AÇIQLAMA

Read Next

Daha iki Şəhid-ƏLİ ƏLƏSOVUN 85, RƏŞİD LƏTİFOVUN 94 GÜNDƏN SONRA ŞƏHİDLİYİ TƏSDİQLƏNDİ, ŞƏHİDLƏRİMİZ GORANBOY VƏ MASALLIDA DƏFN OLUNDULAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir