Ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var – SPİKER – YENİLƏNİB

Bu gün Milli Məclisdə (MM) 31 mart 1918-ci il soyqırımının  100-cü ildönümünə həsr olunmuş xüsusi iclas öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə,  millət vəkilləri ilk öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

***

Spiker Oqtay Əsədov çıxışında bildirib ki, erməni işğalçılarının və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var.

Spikerin dediyinə görə,  20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb.

O, əlavə edib ki, tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə ediblər:

“Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin “böyük Ermənistan” xülyası Cənubi Qafqazda əhalisinin böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinləri tyəmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırım və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi olub. Mart ayının cəmi 3 gün ərzində Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirlib. Xalqımız qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. Tarix boyu soyqırım aktlarına məruz qalmamızın əsas səbəblərindən biri düşmən qarşısında mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olub”.

O.Əsədov qeyd edib ki, Azərbaycan dövləti gündən-günə güclənir, inkişaf edir:

“Bütün bunlar xalqımıza qarşı yeni soyqırım cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək. Xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, tarixi faktdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapacaq”.

***

trend_yaqub_mahmudov_100210

 

“Çox təəssüf ki, “26-lar”adlanan abidənin qazıntısı zamanı Azərbaycanın daxilində dövlətimizə və iqtidara qarşı olan qüvvələrin bəziləri Stepan Şaumyanın tərəfinə keçərək, onu müdafiə edirdilər”.

Bu sözləri millət vəkili,  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bəyan edib.

Y.Mahmudov sözügedən məsələ ilə bağlı konkret faktların olduğunu söyləyib:

“Həmin vaxtı Azərbaycan prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, Sahil bağındakı “26-lar” adlanan abidənin altında 26 cəsəd yoxdur. Həmin vaxtı Azərbaycan prezidenti çox cəsarətli addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı.  Həmin ərəfədə prezident Davosa səfərə gedəndə bizə göstəriş vermişdi. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi. Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq”.

Akademik deyib ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı Komissarları güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb:

“Bu faktdır. Bizim jurnalist araşdırması nəticəsində Kərkükdə Stepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxarmışıq. Yəni, bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan prezidentinin xüsusi rolu var”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Gürcüstanın olmadığı konfederasiya tipli birlik məqbul deyil – VAQİF HACIBƏYLİ YAZDI

Read Next

Fəzail Ağamalıdan Elmar Məmmədyarova çağırış: İSTEFAYA GET!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir