Deputatlar Zakir Fərəcovun separatçı “Bərzanipərəst” kadrından danışdılar və…

Milli Məclisin (MM) payız sessiyasının oktyabrın 2-də  keçirilən ilk plenar iclasında Laçın rayon İcra Hakimiyyətinin şöbə müdirinin İraqın şimalında keçirilən referendumu və Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləməsi məsələsi qaldırılıb.

Etikxeber.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa bildirib ki, azərbaycanlı məmurun dövlətin və xalqın maraqlarına zidd olaraq, səsverməyə belə açıq dəstək ifadə etməsi müsbət hal deyil. O, qeyd edib ki, bununla bağlı hüquq-mühafizə orqanları ciddi tədbir görməlidirlər: “Bu adam məmur olduğu halda açıq deyir ki, hansısa “Kürdüstan”a görə daşıdığı Azərbaycan pasportunu, hərbi biletini cırmağa hazırdır. Dəhşətlisi odur ki, hələ də Azərbaycan dövlətində tutduğu vəzifəsini icra edir və ona “qaşın üstdə gözün var” – deyən yoxdur. Düzdür, biz kərküklü qardaşlarımıza dəstək veririk, amma bu məmurun bu addımı narahatlıq doğurur. Bununla bağlı vaxtında tədbir görməsək, sonra bu məsələ elə vüsət alacaq ki, gec olacaq”.

Deputat Vahid Əhmədov Baş Prokurorluğa çağırış edərək, bu məsələ ilə bağlı ciddi tədbir görülməsini istəyib: “Son vaxtlar dünya, xüsusilə Azərbaycan 25 ildən çoxdur ki, separatizmdən əziyyət çəkir. İndi bizim məmur durub separatçı “referundumu” dəstəkləməklə sırf dövlətçiliyimizə zərər vurur. Baş prokuror Zakir Qaralova müraciət edirəm ki, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı olan bu addımlarla bağlı vaxtında tədbir görsün”.

Qeyd edək ki, bir müddət əvvəl Laçın RİH-in şöbə müdiri Fizuli Tanirverdiyev özünün “facebook” səhifəsində “Kürdüstan”ın müstəqilliyini dəstəklədiyini bəyan edib, Kür Muxtariyyətinin başçısı Məsud Bərzaninin fotolarını paylaşıb. O, mətbuata açıqlamasında əməlində qanun pozuntusu olmadığını iddia edib. Hüquq-mühafizə orqanalrı məsələ ilə bağlı araşdırma aparır.

Etikxeber.az

Read Previous

Parlamentin payız sessiyası öz işinə başladı – YENİLƏNİR

Read Next

Las-Veqasda atışmada: Ölənlərin sayı 50-ni ötüb, 100-dən çox yaralı var – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir