“Deputatlara təşəkkür edirəm ki, onlar sıx qrafik əsasında təqdim edilmiş layihənin müzakirəsinə şərait yaradıblar”-SAMİR ŞƏRİFOV

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat məbləğ ayrılması nəzərdə tutulub.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, eyni zamanda Silahlı Qüvvələrə, müdafiə qüvvələrinin daha da yaxşılaşdırılmasına kifayət qədər çox vəsait ayrılması nəzərdə tutulur.

“Ümumilikdə, müdafiə xərclərinin cəmi 4,6 milyard manata bərabərdir. Hərbi vəziyyətlə bağlı büdcə layihəsi parlamentdə fərqli tarixdə müzakirə edilir. Deputatlara təşəkkür edirəm ki, onlar sıx qrafik əsasında təqdim edilmiş layihənin müzakirəsinə şərait yaradıblar”-deyə, nazir əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Biz gəlmişik, biz Qarabağdayıq!-JALƏ ƏLİYEVA YAZDI

Read Next

“Yaratmaq Tanrının işidir…”-MUSA URUD YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir