Deputatlardan Gürcüstana sərt təpki… – YENİLƏNİB – (1)

Gürcüstan baş nazirinin ölkə ərazisi vasitəsilə Ermənistanın Rusiyaya çıxışına şərait yaradılacağı barədə açıqlaması Azərbaycan parlamentində etiraza səbəb olub.

Etikxeber.az-ın xəbərinə görə, parlametnin payız sessiyasının son plenar iclasında çıxışı zamanı deputat Fərəc Quliyev Milli Məclisi (MM)  bu məsələyə rəsmi etiraz bildirməyə çağırıb.

meclis-4

Deputat Qüdrət Həsənquliyev Azərbaycanla Gürcüstan arasında iri layihələri xatırladaraq deyib ki, Azərbaycan bu məsələyə heç nə olmamış kimi yanaşmamalıdır. O, Gürcüstanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə (XİN)çağırılaraq izahat istənilməsini təklif edib:

qudret

“Bir neçə il əvvəl Gürcüstan parlamentinin sədri olan Nino Burcanadzenin beynəlxalq tədbirdəki çıxışını xatırlayıram. O 2008-ci ildə Rusiya ilə müharibədən danışarkən bircə kəlmə demədi ki, Gürcüstanı qışın soyuğunda donmaqdan kim xilas etdi. Çünki Azərbaycan ləyaqət nümayiş etdirərək Gürcüstana yardım əlini uzatmışdı. Bizim rayonlarda camaat odun yandırırdı, amma qazı kəsib qonşu ölkəyə verirdik. Biz o zaman öz ləyaqətimizi nümayiş etdirdik. Amma o tədbirdə Kosova modelinin postsovet ölkələrinə tətbiq olunub-olunmaması barədə sualın cavabında dedi ki, Kosova variantı nə Moldova, nə Kosovaya tətbiq oluna bilər, amma Qarabağın adını çəkmədi. Bu, Gürcüstan hakimiyyətinin Azərbaycana münasibəti idi. Hansı ki, 2008-ci ildə Azərbaycan Gürcüstanı müdafiə etdi, ticarət dövriyyəsində Azərbaycan Gürsücstanın 4-cü tərəfdaşıdır, həmçinin Gürcüstana ən çox investisiya qoyan ölkədir. Gürcüstanın səfiri dəvət olunmalıdır, deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. İki işğalçı dövlət arasında sən əlaqə yaradırsan, özü də bunu Azərbaycana qarşı edirsən. Azərbacan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. Biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş vermir. İşğal olunmuş torpaqlar üzərindən dəmir yolu açmaq istəyirlər”.

***

Millət vəkili Əflatun Amaşov qeyd edib ki, Gürcüstan əgər buna yol verirsə, öz ərazi bütövlüyünün pozulmasını da tanımış olur.

“…Gürcüstan yaxşı bilir ki, belə bir addım özünün strateji tərəfdaşı olan Azərbaycanın da milli maraqlarına ziddir. Çünki alternativ dəhlizlərdən daha çox işğalçı Ermənistan faydalanacaq. Bu da işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Onu da deyim ki, alternativ dəhliz dedikdə əsasən Abxaziyadan keçən dəmir yolu nəzərdə tutulur. Kim təminat verə bilər ki, belə bir gərgin zamanda həmin yoldan işğalçı Ermənistana, Dağlıq Qarabağın separatçı rejiminə silah-sursat daşınmayacaq.

amasov-metbuat-aflatun

Bütün bunları Gürcüstan tərəfi yaxşı bilir. Onu da yaxşı bilir ki, Ermənistan Gürcüstanla Azərbaycanın yaxın münasibətindən çox narahatdır və hər vəchlə bu münasibətləri pozmağa can atır. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Heç zaman mümkün deyildir ki, Azərbaycan iqtisadi və siyasi əhəmiyyətli razılaşmada, əməli işdə Abxaziyanın və Cənubi Osetiyanın işğalı faktını nəzərə almasın. Ermənistan isə belə deyil. İşğalçı dövlət BMT-nin Gürcüstanın işğal olunmuş ərazilərində yaşayan əhalinin doğma yurdlarına qayıtmasına dair qətnaməsinə səs verməyib. Həm də bunlara görə belə bir addımın atılması gözlənilən deyil.

Görürəm, həmkarlarım narahatdırlar. Məsələyə həssas yanaşmalıyıq. Gürcüstan hər baxımdan bizə çox yaxın ölkədir. Bunları nəzərə alıb Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun adından millət vəkillərimizin bu narahlığını Gürcüstan parlamentinə, əsasən də Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinə çatdıracağıq…”

Deputat Aytən Mustafayeva da Gürcüstan baş nazirinin məlum fikirlərinə sərt etirazını ifadə edib:

Spiker Oqtay Əsədov da nəzərə çatdırıb ki, gürcü ekspertlər də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verib:

“Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, Gürcüstan hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Tapşırarıq, dostluq qrupu məsələni araşdırar”.

Etikxeber.az

Read Previous

Əlil gənclər ali təhsil haqqından azad olmaq üçün MM-ə müraciət edib…

Read Next

“Silahlı Qüvvələr haqqında” qanun layihəsi üçüncü oxunuşdan keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir