Deputatlarımız AŞPA-nın payız sessiyasında iştirak edəcəklər

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.

Etikxeber.az

Read Previous

Gürcüstanda seçkilər-Müşahidəçilər arasında azərbaycanlılar da var

Read Next

Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir