Azərbaycan və Türkiyə komandaları qalib gəldilər: 3-0 və 5-1 – FOTOLAR – YENİLƏNİB

Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.

Etikxeber.az xəbər verir ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar.

Oyun 3-0 hesabı ilə Azərbaycan Milli Məclisinin komandasına xeyrinə başa çatıb.

Qeyd edək ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.

Püşkatmanın nəticələrinə əsasən, “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları qərarlaşıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb.

“B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq.

“A” qrupunun qalibi isə birbaşa finala çıxacaq.

Günün ikinci oyununda Polşa və Türkiyə komandaları üz-üzə gələcəklər.

futbol

***

Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər. Görüşə fəal başlayan Türkiyə təmsilçiləri 20-ci dəqiqədə Oktay Çanakın qolu ilə hesabı açıblar.

Qarşılaşmanın 26-cı dəqiqəsində Abdulla Öztürk hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə də üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri matçın 34-cü dəqiqəsində Kəzim Kırçının qolu ilə rəqibi üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur ediblər – 3:0. Matçın 44-cü dəqiqəsində polşalı müdafiəçilərin səhvindən yararlanan Türkiyə komandasının təşkil etdikləri hücumu uğurla başa çatdıran Kəzim Kırçı özünün ikinci, komandasının isə dördüncü qolunu rəqib komandanın qapısından keçirib.

Oyunun 49-cu dəqiqəsində isə Polşa komandası vurulan qollardan birinin əvəzini çıxıb. Olszoşka adını tabloya yazdırıb – 4:1. Lakin bu da oyunda sonuncu qol olmayıb. Qarşılaşmanın 55-ci dəqiqəsində Tahir Ağdərə dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub – 5:1.

Beləliklə, görüş 5:1 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında modul tipli 15 məktəb quraşdırılacaq – SƏRƏNCAM

Read Next

QƏZZAFİNİN PULLARI İLƏ YAŞAYAN DEMOKRATLAR – Prezidentliyə namizəd yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir