“Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur” – BAHAR MURADOVA

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova  hesab edir ki, deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur.
Etikxeber.az-ın məlumatına görə, o, deyib ki, bu məsələdə ən ağır cəza mexanizmi cəmiyyətin qınağıdır.
B. Muradova həmçinin, “Kütləvi informasiya vasitələri haqqında” qanuna yeni dəyişikliklərin edilməsi ilə bağlı səslənən fikirlərə münasibətini açıqlayaraq deyib ki,  adıçəkilən qanuna indiyə qədər mövcud olmayan məqamlar, əlavələr müzakirə olunaraq, plenar iclasların birinə çıxarıla bilər:
“Müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar aradan qalxacaq. Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətinin tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə, sadəcə, məsləhətləşmələrə ehtiyac var”. 
MM-in mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışda olduğunu deyən vitse-spiker bildirib ki, parlament jurnalistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar:
“Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olması üçün onlara treninqlər keçirilməsinə hazırıq”.
Deputatlarin fəaliyyəti ilə bağlı məsləyə toxunan B. Muradova deyib ki,  yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur:
“Bu məsələdə ən ağır cəza mexanizmi cəmiyyətin qınağıdır. Ayrı-ayrı media orqanlarında söyüş kampaniyaları aparılır. Bu da ayrı-ayrı mətbuat nümayəndələrini adekvat olmayan hərəkətlərə vadar edir. Bunun bir tərəfi peşə eqoizmi ilə, digəri isə məlumatda önə çıxmaq, eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdırsa, yarısı da mənəviyyata bağlı olmalıdır. Bunu heç kim inkar edə bilməz”.
Etikxeber.az

Read Previous

Deputat heç kimi təhqir edə, yalan danışa, böhtan ata bilməz – SƏFA MİRZƏYEV

Read Next

Parlament dünya ölkələrinin parlamentlərinə Xocalı ilə bağlı müraciət edəcək- BİRİNCİ VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir