“Deputatların kütləvi qaydada “professor” olmağa başladığı bir dönəmdən sonra…” – YAZIÇI

“Vəzifəli adamların, xüsusən, az qala bütün şanlı deputatların kütləvi qaydada “professor” olmağa başladığı bir dönəmdən sonra, otuz ildən artıq çalışdığım elmi-tədqiqat institutuna “əlvida” demək qərarına gəldim. Yox, söhbət təkcə deputatlardan getmir, təbii…”

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ziyalı, professor, yazıçı Firuz Mustafa dilə gətirib.

Onun sözlərinə görə, söhbət ondan gedir ki, bu “professorluq” adlı “yarlık”ı onlar özləri yox, adətən “dublikatları” ortaya qoyur…

“Və buna görə də adətən son illərdə dissertasiya müdafiəsi qabağı az-çox istedadı olan şəxs müdafiə şurasına belə təqdim edilir: “Bu işi bu adamın özü yazıb”.

Bu da ola bilər.

Amma həmişə ürəyimdən keçib ki, bu gələcək alimlərə bir sual verim:

-Əcaba, bəlkə səni bir otağa salıb deyək ki, öz tərcümeyi- halını yazasan, əgər yaza bilsən professor nədir, lap akademik də ola bilərsən…”-deyə, o sonra qeyd edib.

Qeyd edək ki, F. Mustafa uzun illərdir ki,  AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda çalışır, fəlsəfə еlmləri dоktorudur.

Etikxeber.az

Read Previous

BNA: Qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəzalandırılıb

Read Next

Sabah Azərbaycanda havanın hərarəti 18 dərəcəyədək yüksələcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir