“Deputatların sayını artırmağa, proporsionalı bərpa etməyə ehtiyac yoxdur”-YAP-DAN “MÜSAVAT”A CAVAB

Aydın MİRZƏZADƏ: “Ayrı-ayrı siyasi partiyalar bununla bağlı öz təkliflərini verə bilərlər. Ancaq onların təklif verməsi hələ cəmiyyətin bunu istəməsi demək deyil…”

Etikxeber.az-ın suallarını Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, parlamentin komitə sədrinin müavini Aydın Mirzəzadə cavablandırır:

-Aydın müəllim, bu gün Müsavat Partiyasının 9-cu qurultayı keçirildi və orada qəbul edilən seçki məsələləri ilə bağlı sənəddə proporsional seçki sisteminin bərpası, deputatların sayının artırılması, 125-dən 201-ə qaldırılması məsələsi əksini tapdı. Siz bu məsələ barədə nə deyərdiniz, nəzərə alına bilərmi?

-Əvvəla, Azərbaycanda deputatların sayının artırılmasına ehtiyac yoxdur. 10 milyonluq ölkə üçün 125 deputat kifayət edir və faktiki olaraq hər bir rayon-şəhər bu gün Milli Məclisdə təmsil olunur. Milli Məclisdə deputatların sayının artırılması, eyni zamanda, belə demək mümkünsə, parlamentin büdcəsinin artırılması deməkdir. Bir tərəfdən qənaət, bir tərəfdən deputat sayını artırmaqla büdcə vəsaitlərini boşuna xərcləmək düzgün olmazdı.

Proporsional seçki sisteminə gəldikdə isə bu məsələ hələ 2002-ci ildə keçirilən ümümxalq referendumunda aradan qaldırıldı, bu sistem0 ləğv olundu. Yəni, 17 il bundan əvvəl seçicilər majoritar seçki sisteminin bütövlükdə tətbiqinə səs verdilər. Ondan sonra cəmiyyətdən bununla  bağlı  elə bir ciddi siqnal gəlmədi. Ayrı-ayrı siyasi partiyalar bununla bağlı öz təkliflərini verə bilərlər. Ancaq onların təklif verməsi hələ cəmiyyətin bunu istəməsi demək deyil.

musavat

yap_logo_260615

aydinnn

Majoritar seçki sistemi əslində proporsionaldan üstün sayılır. Ona görə ki, seçici öz konkret deputatını tanıyır və ondan sonradan-seçkilər vaxtı üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməsini tələb edir. Proporsionalda isə deputat partiya siyahısı üzrə seçilir və konkret olaraq, heç kim qarşısında məsuliyyət daşımır.

Odur ki, onların təkliflərini, sadəcə, gündəmə gəlmək arzusu kimi qiymətləndirirəm. Əslində onların ölkənin sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ problemi, insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi ilə bağlı hər hansı bir konkret təklifi yoxdur. Müxalif partiyanın vəzifəsi ayrı-ayrı istiqamətlərdə konkret təkliflər verməkdir. Amma biz bunu müxalifətdən, o cümlədən, bu gün qurultay keçirən Müsavat Partiyasından görmürük.

-Arif Hacılı yenidən “Müsavat”ın başqanı seçildi. Bu seçimi necə qiymətləndirirsiniz?

-Bu, həmin partiyanın, onun üzvlərinin seçimidir. Mən ancaq onu adıçəkilən partiyanın  ali orqanının-qurultayının qərarı kimi qiymətləndirirəm.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əli Əsədov parlamentdə olacaq – BÜDCƏ MÜZAKİRƏLƏRİNƏ QATILACAQ – NOYABRDA

Read Next

“Hamınız bir araya gəlsəniz, bir Türkiyə etməzsiniz” – ƏRDOĞANDAN ƏRƏB LİQASINA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir