Deputatların ürəyi dolu idi…

Millət vəkilləri valyuta dəyişmə məntəqəsinin azlığından şikayətləndilər

Bu gün Azərbaycanda bir dənə də olsun valyuta dəyişmə məntəqəsi yoxdur. Axı, niyə? Biz valyuta dəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  sentyabrın 24-də keçirilən iclasında çıxış edən deputat Rüfət Quliyev deyib.

rufet-quliyev

Deputat bildirib ki, bankalr şənbə və bazar günləri işləmir:

“Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyuta dəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkir. Niyə görə bir dənə də valyuta dəyişmə məntəqəsi yoxdur?”

R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib.

“ Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər olmasa, bununla bağlı açıqlama verin.  Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.

Millət vəkili Vahid Əhmədov da bunun ciddi bir problem olduğunu və insanlarda narazılıq yaratdığını bildirib.

vahid-1

O, qeyd edib ki, bu məsələ artıq həlli tapmalıdır, bəhanələrə son qoyulmalıdır.

Problemlər kreditlər yenidən parlamentində gündəmində

V. Əhmədov eyni zamanda, problemli kreditlərdən danışıb:

“Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl  dollarla götürülən kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin iclası keçirilib.Qərara əsasən, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyi və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyü nəzərə alınaraq, məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz qərarı verilib. Bu isə o deməkdir ki, vətəndaşlar xarici valyuta ilə götürdükləri kreditləri dəyişən məzənnəyə uyğun qaydada ödəməlidirlər”.Deputat deyib ki, dəfələrlə problemli kreditlərlə bağlı MM-də məsələ qalıdırılıb: “Hətta, həmkarım Əli Məsimli ilə biz təkliflər hazırlayıb, hökumətə təqdim etmişik. Bu, çox ciddi məsələdir. İnsanları narahat edir. Manatın iki dəfə devalvasiyaya uğraması xarici valyutada kredit borcu olan insanların vəziyyətini çətinləşdirib. Bununla əlaqədar mənə vətəndaşlardan minlərlə müraciət daxil olub və onlara kömək etməyə çalışıram. Hesab edirəm ki, burada banklar da müəyyən addımlar atmalı və borclu vətəndaşların kreditləri ödəmələri üçün mümkün güzəştləri etməlidirlər .Bu məsələ əhalini narahat edir. Hesab edirəm ki, bu məsələni gündəmə gətirməyin vaxtı gəlib çatıb. Əlbəttə problemli kreditlərlə bağlı məsələni mən Milli Məclisin plenar iclasında da qaldıracam. Sizdən də xahiş edirəm ki, bu məsələlərlə əlaqədar müəyyən işlər görülsün”.

Millət vəkili qanunlara dəyişikliklərlə bağlı komissiya yaradılmasını təklif etdi

Millət vəkili Əli Məsimli isə komissiya yaradılması təklifi ilə çıxış edib:

ali-masimli

“Azərbaycanda kifayət qədər səriştəli  insanlar var. Ona görə həmin insanlardan, mütəxssislərdən, ziyalılardan, Vergilər Nazirliyinin əməkdaşlarından ibarət  birkomissiya yaradılsın”. Onun sözlərinə görə, çünki Vergi Məcəlləsinə mütəmadi dəyişikliklər edilir və bəzən onlar peşəkar səviyyədə olmur: “Bəzən dəyişikliklərdə xeyli qarşıqlıqlar üzə çıxır. Odur ki, bir komissiya yaradılsın və parlamentə müzakirələr təqdim edilməzdən əvvəl bütün dəyişikliklər, əlavələr orda müzakirə edilib, qruplaşdırılıb, Milli Məclisə göndərilsin. Bu zaman həmin dəyişikliklərin səmərəsi və effektivliyi də yüksək olar”.

ZİYAD SƏMƏDZADƏ: Qanunlara dəyişiklikləri minumuma endirmək, yəni sayının azaldılıb, effektivliyinin artırılmasına nail olmaq lazımdır”

1488451229_ziyad-s-str-7-8

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə də təklifi dəstəkləyib və buna ehtiyac olduğunu bildirib: “Çünki Vergi Məcəlləsinə ölkəmizin sürətli inkişafı ilə bağlı, o cümlədən, əhalinin vəziyyətinin, sahibkarların fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar tez-tez dəyişikliklər edilir. Yenə də Vergi Məcəlləsinə çoxlu dəyişikliklər edilir və gözlənilir. Amma gələcəkdə bu dəyişiklikləri minumuma endirmək, yəni sayının azaldılıb, effektivliyinin artırılmasına nail olmaq lazımdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Kimlər tiraj komissiyasının üzvü ola bilməzlər? – DƏYİŞİKLİK

Read Next

Vahid Əhmədov Əli Hüseynli və Qüdrət Həsənquliyevə qarşı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir