Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünyanın hər yerində yaşayan 50 milyondan çox dəyərli Azərbaycanlılar!
Sizin hamınızı harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Azərbaycanlıları çox önəmli bayramımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm!
Etikxeber.az xəbər xəbər verir ki, bunu millət vəkili və 4-cü dəfə seçkilərə qatılan Qənirə Paşayeva deyib.
“Yaradandan hər zaman birlik, bərabərlik, daha da güclü həmrəylik diləyirəm!
Qəlbinizdəki bütün gözəl arzularınıza, dilinizdəki bütün gözəl dualarınıza çatmanızı diləyirəm!
İnşallah, gələn Həmrəylik bayramımızı bir millət olaraq Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın işğalından azad edəcəyimiz gözəl Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də qeyd edə bilək!
Bayramımız mübarək dəyərli, əziz bacı-qardaşlarım!”-deyə, o, əlavə edib.
İkinci dəfə seçkilərə qatılan millət vəkili Eldəniz Səlimov da dünya azərbaycanlılarını, Azərbaycan türklərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yen il münasibəti ilə təbrik edib, onlara səadət, firavanlıq, əmin-amanlıq arzulyıb.
“31 dekabr xalqımızın tarixində ən əlamətdar günlərdən, ən yaddaqalan hadisələrdəndir.
Düz 30 il öncə milli-azadlıq mücadiləsinə başlayan xalqımız 19-cu əsrin əvvəllərindən ikiyə bölünmüş şimallı-cənublu qardaşlarımızın mənəvi birliyi yolunda mühüm və tarixi addım atdı.
İkiyə bölünmüş xalqımızın həsrətinə son qoyuldu, yenidən mənəvi bağlarımız yarandı.
Artıq 27 ildir ki, 31 dekabr təkcə Yeni il kimi deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd olunur.
Bu, çox qürurvericidir, hər birimizdə fəxarət hissi doğurur.
Odur ki, xalqımızı həm Həmrəylik Günü, həm də Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hər kəsə xoşbəxtlik, səadət, firavanlıq, sülh, dinclik, əmin-amanlıq arzulayıram.
Arzu edirəm ki, 2020-ci il Qarabağ, qələbə ilimiz olsun, insanlarımız, məcburi köçkünlərimiz öz ata-baba yurlarına dönsün, növbəti ili öz doğma evlərində, ocaqlarında qeyd etsinlər.
Bu, hər birimizin ən ülvi, ən müqəddəs arzusudur.
Elə bilirəm ki, bundan öndə gələn arzu, dilək ola bilməz.
Bir daha bayramlarınız mübarək olsun!”-deyə, E. Səlimov qeyd edib.
Etikxeber.az