Deputatlarla bağlı qanunlara dəyişikliklər müzakirəyə çıxarıldı…

Parlamentin oktyabrın 30-da  keçirilən iclasında “Milli Məclisin Daxili Nizamnaməsi haqqında” qanuna dəyişikliklər layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliklərə görə, Milli Məclisin deputatlarına intizam tədbirlərinin tətbiqi qaydası dəyişdirilir.

eli_huseynli_esas_55

Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinin 47-ci maddəsinə (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası) dəyişiklik təklif edilir.Dəyişikliyə görə, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən əsas olduqda, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclaslarına sədrlik edən  tərəfindən Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir. Yaxud töhmət intizam  tədbirin tətbiq edilməsi üçün İntizam Komissiyasına təqdimatla müraciət edilir.  İntizam Komissiyası iki həftə müddətində  apardığı araşdırma nəticəsində müvafiq  əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edir. Hazırki qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:Bu Qanunun 45-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən Milli Məclisin deputatına xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər. Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan deputatlara tətbiq edilir.Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan deputatın məsələsi Milli Məclisin sədrinin, yaxud komitə və ya komissiyanın sədrinin təqdimatı ilə baxılmaq üçün Milli Məclisin İntizam komissiyasına göndərilir. İntizam komissiyası bu məsələyə həsr olunmuş iclası 5 gün müddətində keçirməli və məsələyə baxarkən Milli Məclisin iclaslarının stenoqramlarından və videoyazısından istifadə edə bilər. İntizam komissiyanın qərarı ilə intizamı pozan deputata töhmət verilə bilər.

Bundan əlavə, Milli Məclisin buraxılması ilə bağlı parlamentin Daxili Nizamnaməsinə dəyişiklik təklif olunur.Belə ki, Daxili Nizamnaməyə yeni 23-2 maddəsi (Milli Məclisin buraxılması) əlavə olunur.Yeni maddəyə görə, Milli Məclisin aşağıdakı hallarda buraxıla bilər:Azərbaycan Konstitusiyasının 98-ci maddəsinin I hissəsinə uyğun olaraq, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə ölkə prezidenti Milli Məclisi buraxır.

Eyni zamanda, “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna yeni 10.3-cü maddə təklif edilir. Yeni təklif olunan maddəyə görə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir. Hazırki qanunvericilikdə isə belə bir maddə yoxdur. Bununla yanaşı, deputatların maraqlarının toqquşması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Belə ki, qanunun 11-ci maddəsi (Maraqlar toqquşmasının qarşısının alınması) yeni redaksiyada təklif edilir. Dəyişikliyə görə, deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.Hazırki qanunvericilik isə aşağıdakı kimidir: Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Deputat özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrini icra etməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır. Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İlham Əliyev yeni icra başçıları təyin etdi – SƏRƏNCAM(LAR)

Read Next

“Onun 100 manatlıq hissəsini kəsib İntizam Komissiyasına verəcəyəm?!” – AQİL ABBAS “OD” PÜSKÜRDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir