Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
40 saylı Kəpəz 2-ci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Sitarə Zeynalova artıq seçki pozuntusuna yol verməyə, səsvermə prosesinə müdaxilə etməyə başlayıb.
Həmin dairədən Etikxeber.az-a daxil olan məlumata görə, belə ki, S. Zeynalova Dairənin əksər, o cümlədən, 12 və 18-ci məntəqə seçki komissiyalarına gələrək, komissiya üzvlərinə təsir göstərir, onları hədələyir, belə demək mümkündə, onları öz xeyrinə saxtakarlıqlara söv edir.
Qeyd edək ki, həmin dairədən S. Zeynalovanın oğlu Ramil Səfərov da deputatlığa namizəddir.
Onu da qeyd edək ki, S. Zeynalova 1959, R. Səfərov isə 1985-ci il təvəllüdlüdür.
***
Son məlumata görə, həmin dairədən digər deputatlığa namizəd Mirhəsən Cabbarov da artlq eyni qanun pozuntularına yol verməkdədir.
Xatıraladaq ki, 1991-ci il təvəllüdlü M. Cabbarov “UNİBANK”-ın baş hüquqşünasıdır.
***
***
Həmin dairədən daha bir deputatlığa namizədin-Nurlan Abbaszadənin qanun pozuntusuna yol verdiyi məlum olub.
Belə ki, onun sinif yoldaşı Rüfət Quliyev 20 AE 269 seriyalı avtobusla 17 saylı məntəqəyə seçici daşıyıb.
Odur ki, həmin qanun pozuntusu qeyd alınıb, məsələ aktlaşdırılıb və Dairə Seçki Komissiyasına (DSK) göndərilib.
Həmçinin, deputatlığa namizəd S. Zeynalovanın avtobusla seçiciləri məntəqələrə daşıtdırması faktı qeydə alıb.
Etikxeber.az