Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Etikxeber.az xəbər verir ki, millət vəkilinin Zərdab rayonunun Əlvənd, Otmanoba, Sahhüseynli, Gəndəbil, Nəzəralılı, Ağabağı, Şıxbağı, Aşağı Seyidlər, Şəftəxal və Mehdililər kəndlərinin sakinləri ilə Əlvənd kənd klubunda çoşqulu və izdihamlı görüşü baş tutub.
Maraqlıdır ki, təkcə adları çəkilən kəndlərdə yaşayanlar deyil, eyni zamanda, həmin bölgələrdən olub hazırda Bakıda yaşayan zərdablılar-ziyalılar, gənclər, iş adamları, sahibkarlar belə deputatlığa namizədlə görüşə təşrif buyurublar.
Qeyd edək ki, görüşdən əvvəl deputatlığa namizəd adları çəkilən kəndlərin sakinlərindən bəzilərinin evlərinə, o cümlədən, şəhid ailəsinə baş çəkib.
Bu görüşlər də səmimi və isti ortamda keçib.
Görüşdə çıxış edən seçiçilər, sözügedən kəndlərin sakinləri-Səftəxal kənd tam orta məktəbinin direktoru Sədiyar Xəlilov, Şahhüseynli kənd tam orta məktəbinin direktoru Tamam Xaspoladova, əslən həmin kənddən olan və Bakıda yaşayan sahibkar Ramin Cəfərov və digərləri seçkilərlə-deputatlığa namizədlə bağlı fikirləri söyləyiblər.
Bütün çıxışların əsas leytmotivini isə ölkədə aparılan quruculuq işləri, islahatlar prosesi, atılan addımlar, ölkə Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti təşkil edib.
Çıxışçılar görülən işlərə, atılan addımlara görə ölkə prezidenti ilə birinci vitse-prezidentə minnətdarlıqlarını ifadə ediblər. Çıxışçılar hər zaman dövlətlərinin yanında olduqlarını, dövlətçilik ənənələrinə sadiqliklərini bildiriblər.
Eyni zamanda, deputatlarının son 15 ildəki fəaliyyəti, Milli Məclisdəki (MM) çıxışları, bütün aidiyyatı orqanlara, rəsmi instansiyalara müraciətləri ilə hər zaman seçicilərinin yanında olduğunu, onların mənafelərini düşündüyünü dilə gətirib, bu fəaliyyəti yüksək qiymətləndiriblər.
Gəndəbil və Ağabağı istisna olmaqla, digər kəndlərin qazlaşdırılmasında göstərdiyi fəallığa, yuxarı instansiyalara, Nazirlər Kabinetinə müraciətlərinə, prosesin sürətləndirilməsindəki roluna görə deputatlığa namizədə təşəkkürlərini çatdırıblar.
Həmçinin, Gəndəbil və Ağabağı kəndlərinin həllini gözləyən qazlaşdırma məsələsinin qısa müddətdə reallaşacağına, həmin kəndlərin də deputatlarının köməkliyi sayəsində qazlaşdırılacağına dərin inamlarını ifadə ediblər. Hətta, məsələ ilə bağlı deputatlarının Nazirlər Kabinetinə müraciətindən xəbərdar olduqlarını da söyləyiblər.
Bununla yanaşı, görüş zamanı Şahhüseynli kəndinin sakinləri deputatlarına bir müddət bundan əvvəl müraciət etdiklərini bildiriblər.
Yəni, 2 min ha-dan artıq əkinəyararlı əraziyə sahib olsalar da, su çatışmazlığından uzun illər əziyyət çəkdiklərini, kənddəki su xəttinin tələbatı tam ödəmədiyini bildirdiklərini, onlara bu məsələyə köməklik göstərilməsini xahiş etdiklərini söyləyiblər.
Deputatın da çox qısa müddət ərzində bu məsələ ilə bağlı həm parlamentin iclasında məsələ qaldırdığını, həm də bu haqda Baş nazirə müraciət etdiyini yüksək qiymətləndiriblər. Həmçinin, məsələnin həllini tapacağına dərin inamlarını ifadə ediblər
Görüşün sonunda millət vəkilin fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilib və o, seçicilər tərəfindən təqdirlə qarşılanıb.
Etikxeber.az