Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Səhər saat 8-dən parlament seçkiləri ilə bağlı ölkənin məntəqə seçki komissiyalarında səsvermə prosesi başlanıb.
Etikxeber.az-ın xəbərinə görə, ölkədə havanın kəskin dərəcədə dəyişməsinə baxmayaraq, seçicilər artıq yavaş-yavaş seçki məntəqələrinə üz tuturlar.
Artıq deputatlığa namizədlərdən, deputatlardan da səsvermə hüququndan istifadə edənlər var.
“Səsimizi verdik. Vətənə, millətə xeyirli olsun, inşAllah! İlk yarım saatda 102 saylı dairənin 48 saylı məntəqəsində 28 nəfər səs verib”.
Bunu 102 saylı Samux-Şəmkir dairəsindən deputatlığa namizəd Tural Turan qeyd edib.
Qeyd edək ki, həmin dairəni parlamentdə vitse-spiker Valeh Ələsgərov təmsil edir.
Ancaq V. Ələsgərov bu dəfə yaşı ilə əlaqədar seçkilərə qatılmayıb.
“Mən həm də seçiciyəm. Dövlətimiz, millətimiz və İsmayıllımız üçün xeyirli olsun!”
Bunu isə 86 saylı İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd, jurnalist Yusif Məhəmmədoğlu deyib.
***
Müsavat Partiyasından deputatlığa namizəd, eks-spiker İsa Qəmbər və həyat yoldaşı Aida Qəmbər də səsvermə hüququndan istifadə ediblər.
İ. Qəmbər bu barədə deyib:
“Qəhrəman Seçici, Səninləyəm! Mən qeydiyyatda olduğum dairənin məntəqəsində səs verdim. Sən də qalın geyin, gəl layiq bildiyin namizədə səs ver!”
***
Daha bir deputatlığa namizəd, professor Almaz Əliqızı səsvermə hüququndan istifadə edib və “seçkidə iştirak etdim”-deyə, öz “Facebook” səhifəsində yazıb.
***
Səsvermə hüququndan istifadə edənlər arasında millət vəkili və Qusardan üçüncü dəfə deputatlığa namizəd Azər Badamov da var.
O, qeyd edib;
“Biz “Daha güclü Azərbaycan naminə” səsimizi verdik. Xalqımız, ölkəmiz üçün uğurlu olsun! “
***
“Mən əlanı seçdim!”
Bunu deputatlığa namizədlərdən tanınmış jurnalist Ceyhun Musaoğlu bildirib.
***
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səs də verib.
O, 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
***
55 saylı Xaçmaz Seçki Dairəsindən ikinci dəfə deputatlığa namizəd Eldəniz Səlimov da bir az öncə Xaçmaz şəhər 1 saylı seçki məntəqəsində səs verib.
***
“Biz də ailəliklə vətəndaşlıq borcumuzu yerinə yetirdik. Hamını seçkidə aktiv iştirak etməyə çağırıram”.
Bunu gənc və ilk dəfə deputatlığa namizəd olan Könül Nurullayeva deyib.
Qeyd etmək yerinə düşər ki, K. Nurullayeva 24 saylı Nizami birinci Seçki Dairəsindən deputatlığa namizəddir.
Həmin dairəni hazırda SOCAR-ın prezidenti Rövnəq Adbullayev təmsil edir.
***
“Bu dəfə də vətəndaş borcumuzu yerinə yetirdik”.
Bunu öz növbəsində vitse-spiker Bahar Muradova qeyd edib.
Etikxeber.az