Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Rəbiyə Məmmədova fevralın 11-də MSK-nın binası qarşısında oturaq aksiya keçirir.
Etikxeber.az-ın “Turan”a istinadən xəbərinə görə, o, üzünü binaya tutub “ Saxtakarlığa son!” şüarlarını səsləndirib.
O, jurnalistlərə bildirib ki, deputatlığa namziədlər seçkilərin yekunları ilə razı deyilsə, üç gün şikayət etmək və etiraz aksiyası keçirmək hüququ var.
R.Məmmədova deyib ki, MSK onun dairəsində nəticələri ləğv etməyincə etiraz edəcək. “Bu dairədə nəticələrin 30 ildir parlamentdə oturan bir adamın lehinə saxtalaşdırıldığına dair kifayət qədər sübutum var”, – o deyib.
Bir qədər sonra Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev də R.Məmmədovaya qoşulub.
Daha sonra 29 saylı dairədən namizəd olan Bəxtiyar Hacıyev ora gəlib.
Hazırda oturaq aksiya ərazisinə polis dəstələri gəlib, onlar etirazçıları uzaqlaşdırmağa çalışıblar, lakin sonra kənara çəkiliblər.
MSK nümayəndəsi etirazçıların qarşısına çıxmayıb.
***
“Hər kəsi MSK-nın önünə gözləyirik”.
Bunu isə bir az öncə E. Quliyev öz “Facebook” səhifəsində yazıb.
***
MSK önündə aksiya davam edir.
Aksiyaya qoşulanların sayı artmaqdadır.
Aksiya iştirakçıları MSK sədri Məzahir Pənahovla görüş tələb edirlər.
Polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb…
***
“MSK qarşısında dinc aksiya zorakılıqla dağıldıldı. Çoxlu həbs olunanlar və xəsarət alanlar var. Müsavat Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələri Arzulla Buludlu, Əziz Məmiyev, bastainfo saytının baş redaktoru Mustafa Hacıbəyli, Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev həbs olunub. Həbs olunanlar sırasında deputatlığa namizədlər Rəbiyyə Məmmədova, İradə Cavadova,Fərhad Mehdiyev, Turqut Qəmbər və başqaları, çoxsaylı jurnalistlər var. Həbs olunanlar avtobuslara doldurularaq müxtəlif istiqamətlərdə aparılıb…Mübarizəmiz qələbə ilə nəticələnənədək davam edəcək. Fədakar gənclərimizə eşq olsun”.
Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı indilərdə bəyan edib.
***
Saxlanılanların böyük əksəriyyəti-M. Hacıbəyli, Aynur Elgünəş, F.Mehdiyev, E. Quliyev və digərləri sərbəst buraxılıb.
R. Məmmədova ilə A. Buludlu ciddi xəsarət alıblar.
M. Hacıbəyli isə öz “Facebook” səhifəsində bunları yazıb:
“…MSK-nın qarşısında böyük polis maşınının içində 3 nəfər vəhşicəsinə üzümə yumruq-təpik vurdu. Ağzım-burnum qan içində təxminən yarım saat burada saxladılar. Sonra MSK-nın binasına apardılar ki üzünün qanını yu. Ordan bolis bölməsinə, bölmədən polis idarəsinə, oradan narkodispanserə apardılar. Sonra yenə idarəyə qaytardılar. Xeyli psixoloji təzyiqdən sonra sərbəst buraxdılar. Yenidən polisə çağıracaqlarını bildirdilər…”.
Etikxeber.az