Deputatlığa namizədi Qarabağ Muğam Mərkəzində duyğulandıran-NƏ OLDU? – FOTOLAR

4 dəfə Milli Məclisin (MM) üzvü seçilən və 5-ci dəfə 82 saylı Ağcabədi Seçki Dairəsindən seçkilərə qatılan Tahir Rzayev Ağcabədidə görüşlərini davam etdirib.

Etikxeber.az-ın xəbərinə görə, deputatlığa namizəd Ağcabədidəki məşhur Qarabağ Muğam Mərkəzində olub.

O, Mərkəzdə gənc istedadlarla, müəllim heyəti ilə görüşüb.

Qeyd edək ki, Qarabağ Muğam Mərkəzi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib və bu istiqamətdə ilk Mərkəzdir.

“Burada onlarla gənc təhsil alır, qonşu rayonlardan da gənclər, istedadlar bu Mərkəzə üz tuturlar. Mərkəzin çox savadlı, çox qabiliyyətli müəllimləri var. Burada muğamın, milli musiqi alətlərinin sirləri öyrədilir. Görüş məndə çox xoş təəssüratlar yaratdı. Gənc istedadların ifası mənə ləzzət etdi, məni çox duyğulandırdı. Hesab edirəm və inanıram ki, Azərbaycan milli muğamı, milli sənəti bu uşaqların, bu istedadların sayəsində daha da inkişaf edəcək, tanınacaq”.

Bunu isə deputatlığa namizədin özü deyib.

T. Rzayevin görüşləri davam edir.

Etikxeber.az

Read Previous

“Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır” – JALƏ ƏLİYEVANIN VƏKİLİ – FOTOLAR

Read Next

Ziyad Səmədzadə-ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞDÜ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir