“Deputatlıq yaşla, təyinatla bağlı məsələ deyil, seçimlə əlaqədar olan məsələdir” – MİLLƏT VƏKİLİNDƏN “YAŞLI DEPUTATLAR” MƏSƏLƏSİNƏ SƏRT ETİRAZ

Kadr dəyişiklikləri, kadr islahatları, kadr məsələləri ilə millət vəkilliyini, depuatatlığı səhv salmaq, qarşıdırmaq olmaz, bu, düzgün deyil. Kadr dəyişiklikləri, kadr islahatları, kadr məsələləri ilə seçimlə deyil,  təyinatatla bağlı olan bir məsələdir, dövlət başçısının müstəsna səlahiyyətinə aid bir prosedurdur, kimi istəyər çıxarar, kimi istəyər saxlayar, kimi istəyər başqası ilə əvəzləyər. Kimsənin də buna qarışmağa, müdaxilə etməyə əsası, haqqı yoxdur. Bu, müzakirə mövzusu olan bir məsələ deyil. Amma deputatlıq seçimlə, xalqı iradəsinin açıq ifaədəsi ilə bağlı olan bir məsələdir, bu, seçimlə əlaqədar bir prosesdir.

Xalq, konkret seçici kimi istəyər, kimi arzulayar, yaşına baxmayaraq, onu da seçər və seçdiyi şəxs, millət vəkili də onun etimadını, etibarını doğruldarsa, yenidən ona etimad göstərir və istədiyi qədər seçər, parlamentdə təmsilçisi kimi görər, deputat kürsüsündə əyləşdirər. Bunlar xalqla, seçicilərlə deputatlığa namiəzəd və ya namizədlər arasında olan bir məsələdir və kimsə də öz şəxsi, dar, cılız, yaxdud, qrup maraqlarından çıxış edib, seçicilərin adından danışa, onun yerinə qərar verə bilməz. Deputat, millət vəkili haqqında söz demək, qərar vermək, onu tərifləmək və yaxud tənqid, hətta, ittiham etmək hüququna yalnız onun seçiciləri malikdir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili  Eldəniz Səlimov deyib.

“Bəli, ümumilikdə istənilən deputatla bağlı fikir bildirmək, yürütmək olar, demokratiyadır, fikir plüralizmidir, söz azadlığıdır, kimsənin bu hüququnu əlindən almaq və məhdudlaşdırmaq da olmaz. Bu, yolverilməzdir. Hər kəs sərbəst, müstəqil şəkildə sözünü deyə, fikrini bildirə bilər, amma aşağılamadan, təhqirə, böhtana, haqsızlığa yol vermədən”-deyən millət vəkilinin sözlərinə görə,  normal şəkildə tənqid etmək, irad bildirmək olar və bu, mümkündür, reallıqdır.

“Amma yenə deyirəm ki, qərar vermək hüququna yalnız onun konkret qarşısında hesabat verdiyi seçicisi malikdir. İstəyər yenidən seçər, istəməz seçməz, bu, yalnız seçicinin hüququdur. Odur ki, son günlər ölkə başçısı tərəfindən həyata keçirilən və bütün cəmiyyət tərəfindən razılıqla, rəğbətlə qarşılanan kadr dəyişikliklərini, yaş məsələsini bəhanə gətirib, əldə bayraq edib, bütün millət vəkillərinin, xüsusilə, yaşlı millət vəkillərinin üzərinə total hücuma keçmək heç cür qəbuledilən və yolverilən bir hərəkət deyil. Millət vəkillərini yaşlarına görə aşağılamaq, lağlağı etmək, məxsərəyə qoymaq, gülüş obyektinə çevirmək, həqarətlər, böhtanlar yağdırmaq insanlığa yaraşan hal deyil, bu, ədalətsizlikdir, vicdansızlıqdır və aşkar qanun pozuntusudur.

meclis-4

Bu, həmin şəxslərin seçicilərinin iradəsinə müdaxilə, seçiminə açıq-aşkar hörmətsizlik deməkdir. Əgər sənin hansısa millət vəkilindən xoşun gəlmirsə və ya narazılığın varsa, niyə onun seçicilərinin əvəzindən danışır və “qərar” verirsən? Sənə bu haqqı kim verib? Yenə deyirəm, hər bir deputatın fəaliyyəti ilə bağlı ümumilikdə hər kəs danışa, fikir yürüdə bilər, amma qərar verə, onu təhqir, linç edə, aşağlaya bilməz. Biz unitar, demokratik və dünyəvi bir ölkədə yaşayıq, avroatlantik məkana, qabaqcıl dünya ölkələrinə inteqrasiya edirik və bu baxımdan, hər birimiz demokratik dəyərlərə, qanunlara, ölkə Konstitusiyasına, insan hüquq və azadlıqlarına da hörmət etməliyik, hər birimiz özümüzdən başlamalıyıq, özümüz nümunə olmalıyıq. 

Dünyanın heç bir yerində də deputatlarla bağlı yaş senzi və ya neçə dəfədən artıq seçilməməklə əlaqədar məhdudiyyət yoxdur. Bu məsələdə yaş rol oynamır. İnsanlar, seçicilər kimi layiq, məsləhət bilirlərsə, qoca və ya cavan, gənc və yaşlı olmasından asılı olmayaraq, onu ali qanunverici orqana özünün təmsilçisi kimi seçir. Yəni, seçdiyi insanın ağlına, savadına, dünyagörüşünə, qabiliyyətinə, səhhətinə, peşəkarlığına, nüfuzuna, təcrübəsinə görə qiymət verir, dəyərləndirir və nəhayət, öz təmsilçisi kimi görür. Kim ki, kimlər ki, seçicinin, seçicilərin və ya üzvü olduqları təşkilatların istəklərinə, maraqlarına uyğun gəlmir, o zaman onlara etibar, etimad göstərmir, təkrar şans vermir.

ELDENIZ-1

Bu gün çox təəssülər olsun ki, bəzi media orqanlarında, sosial şəbəkələrdə haqsızcasına, ədalətsizcəsinə hədəfə gətirilən yaşlı millət vəkillərinin böyük əksəriyyəti də işlərinin peşəkarı olan, deputatlıq adını haqq edən, təcrübəli, Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafında, qanunvericilik bazasının formalaşdırılmasında və təkmilləşdirilməsində əvəzsiz xidmətləri, əməkləri olan insanlardır. Onların keçdiyi yol, əldə etdiyi təcrübə hər bir gənc, cavan, özünü siyasətdə və parlamentdə sınamaq istəyən hər bir kəs üçün  bir məktəbdir, örnəkdir. Onlardan əxz etmək, mənimsəmək, öyrənmək, təcrübə toplamaq lazımdır. Amma çox təəssüflər ki, bəziləri əks yol, təhqir, böhtan, qanunları açıq-aşkar tapdalamaq yolunu tutublar. Bu, üzücü və yolverilməzdir.

İndi onlar, hədəfə gətirilən həmkarlarımız nisbətən yaşlıdırlar deyə, kənardamı qalmalıdırlar və təhqir, həqarətmli olunmalıdırlar? Kim həmin insanlara, qruplara belə bir haqq verib, belə bir hüquq tanıyıb? Heç kim! Ona görə də hər kəsi  bu cür həssas məsələlərdə ehtiyatlı və məsuliyyətli olmağa dəvət edirəm. Hər birimiz yaşlaşacağıq, Allahın izni ilə qocalacağıq və ya hər birimizin ailəsində, ətrafında yaşlı, qoca insanlar var. Odur ki, fikir yürüdərkən, “qoca-cavan” söhbəti edərkən, özünün gələcəyini və çevrəsindəkiləri ilk öncə göz önünə gətirməlidir, sonra danışmalıdır. Deputatlıq heç zaman yaşla, cavanlıqla və ya qocalqla bağlı olmayıb, olmayacaq da”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Bu,Ermənistanın ifşası siyasətini daha da gücləndirəcək…” – MİLLƏT VƏKİLİ

Read Next

“Dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün, yoxsa…” – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir