Deputatlıqdan icra başçılığına gedənlər – İNDİ HARADADIRLAR?

Ötən çağırışlarda parlamentin-Milli Məclisin (MM) üzvü olmuş  sabiq millət vəkillərindən bir neçəsi sonradan öz fəaliyyətlərini yarımçıq dayandırmalı olublar.

Buna səbəb onların ölkə prezidenti tərəfindən icra başçısı vəzifəsinə təyin edilmələri olub.

Belə ki, ölkə Konstitusiyasına, mövcud qanunverciliyə görə, icra başçıları, o cümlədən, nazirlər, hökumət üzvləri və sair, millət vəkili ola bilməzlər.

Bu səbədən də, ötən çağırışlarda deputat olmuş bir neçə şəxs icra başçısı təyin edilmələri ilə bağlı öz 5 illik fəaliyyətlərini axıracan davam etdirə bilməyiblər.

Bəs, millət vəkilliyindən icra başçılığına gedən eks-deputatlar kimlər olub və indi onlar nə işlə məşğuldurlar?

Etikxeber.az öz araşdırmasını təqdim edir:

1995-ci ildə Hacıqabul rayonundan millət vəkili seçilən və icra başçısının birinci müavini işləyən Səmayə Piriyeva deputatlıq fəaliyyətinin tamam olmasının bir ilinə qalmış Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Uzun müddət Sabirabadda komsol, partiya-sovet orqanlarında yüksək vəzifələr tutmuş S. Piriyeva 1999-cu ilin iyunundan 2000-ci ilin iyuluna kimi Sabirabadın icra başçısı işləyib və işlədiyi dövrdə də işgüzarlığı, fəallığı ilə yadda qalıb.

Ancaq onu qeyd edək ki, həmin vaxt S. Piriyeva həm də millət vəkili kimi fəaliyyətini davam etdirib.

2005-ci ildə 3-cü çağırış parlament seçkilərində yenidən namizədliyini sınayıb.

Hazırda işləmir, təqaüddədir.

Deputatlıqdan icra başçılığına gedən eks millət vəkillərindən biri  ikinci çağırış parlamentin 69 saylı İsmayıllı Seçki Dairəsindən üzvü  Mirmövsüm Abbasov olub.

O, cəmi 3 ilə yaxın millət vəkili olub.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə əlaqədar, onun deputatlıq fəaliyyətinə xitam verilib və 2003-cü ilin martında M. Abbasovun  yerinə BAXCP-nin sədri Qüdrət Həsənquliyev İsmayıllıdan millət vəkili seçilib.

M. Abbasov bir neçə il öncə dünyasını dəyişib.

samaya

nizami

yasar

inqilab

nasib-1024x561

Deputatlığını icra başçılığı ilə əvəzləyənlər arasında eks-deputat və  sabir icra başçısı Faxrəddin Həsənov da var.

2000-ci ilin noyabrında Ağcabədi rayonundan millət vəkili seçilən F. Həsənov cəmi bir il deputat olub.

2001-ci ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə əlaqədar, deputatlıq fəaliyyətinə xitam verilib.

Onun yerinə isə tanınmış ziyalı, şair Tahir Rzayev seçilib və artıq 4 çağırışdır ki, Ağcabədini parlamentdə təmsil edir.

F. Həsənov hazırda Ağcabədidə sahibkarlıqla məşğul olur.

Deputat ikən icra başçısı təyin edilənlərdən biri də keçmiş millət vəkili Yaşar Rzayevdir.

Vəzirov-Mütəllibov hakimiyyətləri dövründə (1989-91-ci illərdə) Lənkəran Şəhər  Partiya Komitəsinin birinci katibi işləyən Y. Rzayev həm də sonuncu çağırış Azərbaycan SSR Ali Sovetinin və birinci çağırış MM-in üzvü olub.

Deputalıq fəaliyyətinin son aylarında-2000-ci ildə Lənkəran şəhər İcra Hakimiyyətin başçısı təyin edilib və bu vəzifədə 3 il çalışıb.

O da S.Piriyeva kimi icra başçılığı ilə yanaşı, depuatlıq fəaliyyətini davam etdirib.

Hazırda yaradıcılıq fəaliyyəti ilə məşğuldur.

Həmçinin, millət vəkilliyi ilə bərabər icra başçısı vəzifəsini icra edənlərdən biri də İnqilab Nadirov olub.

1980-1995-ci illərdə parlamentin-keçmiş Ali Sovetin və ilk MM-in üzvü olmuş İ. Nadirov 1994-ci ildə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1995-ci ildə deputatlıq fəaliyyəti başa çatsa da, 1999-cu ilə kimi, icra başçısı vəzifəsində işləyib.

Hazırda yaradıcılıqla məşğuldur.

Bununla yanaşı, keçmiş millət vəkillərindən Eyvaz Qurbanovla Sevindik Hətəmov hazırda icra başçısı vəzifəsində işləyirlər.

Ancaq onlar bu vəzifəyə deputatlıq fəaliyyətləri başa çatdıqdan sonra təyin ediliblər.

Həmçinin, icra başçılığından gedəndən sonra millət vəkili seçilənləri də var.

Bunlar Salyan rayonunun sabir icra başçısı Əliağa Hüseynov və Balakən rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nəsib Məhəməliyevdir.

Onlar hazırda Salyan və Balakəni parlamentdə təmsil edirlər.

Sabiq deputatlardan-birinci çağırış MM-in üzvü olan millət vəkillərindən biri Nizami Ələkbərov (eks-nazir Füzuli Ələkbərovun qardaşı) isə bir müddət yenidən biznes fəaliyyəti ilə məşğul olduqdan sonra, 2006-cı ildə İsmayıllının icra başçısı təyin olunub və 2013-cü ildə məlum İsmayıllı olayları ilə bağlı vəzifəsindən azad edilib.

Hazırda təhlükəsizlik orqanlarında çalışdığı bildirilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bayraqla bağlı iki qanuna hansı dəyişikliklər edilir?

Read Next

“Sakit baxmayacağıq…” – MEHRİBAN ZEYNALOVA “ÜSYAN” ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir