Deputatlıqdan sonra Rəbiyyət Aslanovanın ilk (tədbir) fotosu yayıldı

Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin (SEP) yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov yubileyə toplaşan professor-müəllim heyətini, qonaqları salamlayıb, fakültə heyətini əlamətdar gün münasibətilə təbrik edərək SEP-in universitet həyatındakı rolundan bəhs edib. Bildirib ki, ötən 25 ildə fakültənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, yeni kafedralar yaradılıb, mövcud kafedralarda struktur dəyişiklikləri aparılıb. Fakültə kafedraları müvafiq ixtisaslar üzrə aparıcı kafedralar olduğundan digər ali məktəblər və kolleclər, habelə bir sıra digər müəssisələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak ediblər.

Daha sonra  universitetin dekani, professor Hikmət Əlizadə fakültənin  tarixi və bu günü barədə məlumat verib. Məlum olub ki, hazırda  fakültənin nəzdində səkkiz kafedra, elmi tədqiqat laboratoriyaları və mərkəzlər fəaliyyət göstərir.  Fakültənin professor-müəllim heyəti 106 nəfərdən ibarətdir – 1 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 56 nəfər elmlər namizədi, dosent, 12 nəfər baş müəllim, 17 nəfər müəllimdir. Tələbə kontingenti barədə məlumat verən dekan hazırda fakültədə 1400-ə yaxın tələbə,  magistrantən təhsil aldığını qeyd edib, tədrisin təşkili və yüksək ixtisaslı kadr hazırlığı barədə görülən işlər barədə danışıb.

Millət vəkilləri Hadi Rəcəbli, Səməd Seyidov və professor Əjdər Ağayevin təbrik nitqlərindən sonra bir qrup fakültə əməkdaşı  Fəxri fərman, təşəkkür və pul mükafatına layiq görülüb.

Qeyd edək ki, tədbirdə iştirak edənlər arasında tanınmış ziyalı və siyasətçi, sabiq millət vəkili, professor, BDU-nun kafedra müdiri Rəbiyyət Aslanova da olub.

Onu da qeyd edək ki, bu tədbir və tədbirdən görüntülənən foto deputatlıq fəaliyyətinin başa çatmasından, yəni, 2015-ci ilin sonuncu parlament seçkilərindən sonra xanım Aslanovanın görüntüləndiyi və yayımlandığı ilk tədbir fotosu olub.

rabiyyat-2

Etikxeber.az

Read Previous

Sınaq imtahanları keçirmək üçün maddi imkanımız yoxdur – ABBASZADƏ

Read Next

SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları itkin düşmüş neftçilərin axtarışında iştirak edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir