Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Aleksis Tsipras ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Baş nazir A.Tsipras Azərbaycanı Yunanıstanın strateji tərəfdaşı olan ölkə, SOCAR-ı isə strateji sərmayəçi şirkət olaraq dəyərləndirdiyini bildirib. O qeyd edib ki, SOCAR-ın Yunanıstan bazarına daxil olması üçün bütün mümkün addımları atmağa hazırdır.
DESFA şirkətinin özəlləşdirilməsi ətrafında yaranmış böhranı tənzimləmək məqsədilə tərəflər işçi qrup yaradılması haqqında razılığa gəliblər. Görüşdə işçi qrupa Azərbaycan tərəfindən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun, Yunanıstan tərəfindən Baş nazirin iqtisadi məsələlər üzrə baş müşaviri Dimitrios Liakosun rəhbərlik etməsi barədə razılıq əldə olunub. Qeyd edilib ki, işçi qrup Avropa İttifaqı və Yunanıstanın dövlət qurumları ilə müvafiq müzakirələr aparmaqla hər iki tərəfi qane edən təkliflər hazırlamalıdır.
İşçi qrupun fəaliyyəti üçün səmərəli şərait yaradılması məqsədilə SOCAR təminat məktubunun 2016-cı il oktyabrın 31-dək uzadılması haqqında qərar qəbul edib.
Etikxeber.az