“Deyəsən, boğazları quruyub…” – SPİKERDƏN DEPUTATLARA

“Peşə təhsili haqqında” qanun layihəsinin parlamentdə ikinci oxunuşunun müzakirəsi zamanı maraqlı anlar yaşanıb.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, qanun layihəsi barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin məlumatı dinlənildikdən sonra sənəd əsas kimi səsə qoyulub.

meclis-oqtayyyyy

Amma bu zaman yetərsay əldə olunmayıb. Sənədə cəmi 94 depuatat səs verib. Bunu görən spiker Oqtay Əsədov isə yarızarafat, yarıciddi belə deyib: “Deyəsən, boğazları quruyub, çay içməyə gediblər…Deyin, təcili zala qayıtsınlar, səs versinlər…Belə olmaz axı?!”.

Bundan sonra sənəd ikinci dəfə əsas kimi səsə qoyulub və qəbul edilib.

Müzakirələr zamanı çıxış edən millət vəkili Tahir Rzayev sənədin çox mütərəqqi və əhəmiyyətli olduğunu vurğulayıb:

“Hesab edirəm ki, belə bir sənədə ciddi ehtiyac var. Bu sənədə ölkədə peşə təhsilinin inkişafına böyük töhfə verə bilər və verəcək. Ona görə də mən bu sənədi dəstəkləyirəm və onun lehinə səs verəcəm”.

Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da sənədin vacibliyindən danışıb:

“Peşə təhsili çox mürəkkəb sahədir. Bu sahə son illərə kimi diqqətdən kənarda qalmışdı, geriləmə vardı. Ancaq hesab edirəm ki, bu qanunun qəbulundan sonra ölkədə peşə təhsili sahəsində ciddi və müsbət dönüş yaranacaq”.

elsad

Millət vəkili Elşad Həsənov qanun layihəsini çox təkmilləşdirilmiş bir sənəd adlandırıb.

Onun sözlərinə görə, bu sənəd ölkədə peşə təhsililinin inkişafına yeni töhfə olacaq:

“Bu sənəd çox mükəmməl şəkildə hazırlanıb və təkmilləşdirilib”.

Millət vəkili eyni zamanda  bildirib ki, bu sənəd peşə yeniliklərinə və innovasiyalara təkan verəcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ənvər Həsənov 40 ildir Əməkdar artistdir, amma… – FAZİL MUSTAFADAN SƏRT ETİRAZ

Read Next

“İndi növbə bizimdir və İlham Əliyevə öz borcumuzu qaytarmalıyıq” – ELDƏNİZ SƏLİMOV- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir