“Deyirəm, bəli, başlayıb…” – RÜFƏT QULİYEV

Deputat: Elmi dərəcəsini necə aldığı məlum olmayanlar efirə çıxıb ağzına gələni danışırlar

Azərbaycanda hava limanları, idman kompleksləri tikilir, hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur.

Etikxeber.az-ın xəbərinə görə,  bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Rüfət Quliyev deyib.

Millət vəkili bu obyektlərin tender formasında icarəyə verilməsini təklif edib:

“Düşünürəm ki, Lənkəran hava limanını Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilərlər”.

Millət vəkili eyni zamanda, cəmiyyətdə bəzi iqtisadi suallara cavab tapılması üçün ekspertlərin televiziyalara çıxmasını təklif edib.

“15 ildir deputatam, 15 ildir də deyirəm. Danışanda da deyirik ki, TV-lərin bəziləri kommersiyadır, şəxsidir. Lakin onlara təkliflər olarsa, onlar da geri addım atmaz. İqtisadi bloklarada ekspertlər çıxış etsinlər, sualları cavablandırsınlar. Son 2-3 ayda elmi dərəcəsini necə aldığı məlum olmayan şəxslər efirə çıxıb ağzına gələni danışırlar. Bu gün sual veriləndə ki, islahatlar effektini göstərir? Deyirəm, bəli, başlayıb. İqtisadiyyatda dəyişikliklər effektini 6 aya, 1 ilə göstərir. Ekspertlər efirə çıxsalar insanların suallarını cavablandırarlar. 10 gündən bir çıxışlar olsun, suallar cavablandırılısın. Televiziyalara baxanlar çoxdur”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Yoxlamalara məhdudiyyətlər aradan qaldırılır – MİLLƏT VƏKİLİNDƏN TƏPKİ – YENİLƏNİB – (1)

Read Next

Mehriban Əliyeva Kürdəxanıda – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir