Deyirlər ki…Faktlarla oynamaq olmaz!-KAMİL HƏMZƏOĞLU YAZDI

Rəhmətlik Elçibəyə 1992-ci ildə-ilk demokratik prezident seçkilərində səs verən (hansı ki, indi Elçibəy, demokratiya əldən getdi, media niyə bu günə düşdü… deyib bağıranların bir çoxu o zaman qarınlarını, mədələrini güdərək Kremlin projesi olan Nizami Süleymanova səs vermişdilər…Gözlərimin şahidiyəm…) və onun ilk tənqid edənlərdən biri də mən olmuşam…

1992-ci ilin sentyabrında, kənd uşağıyıdm (həm də imkanlı balasıydım), ikinci kurs tələbəsiydim…

Özü də o zamanlar mərhum Heydər Əliyevin əsas ruporu, tribunası olan, o dövrün iki-üç qəzetindən biri “Aydınlıq” qəzetində (Onda nə YAP, nə “91-lər”, nə də keçimş və indiki əksəriyyət YAP-çılar vardı)…Amma həmin vaxt həmin yazıya görə mənə gözün üstə qaşın var deyən olmamışdı…

Deyirlər ki, xüsusilə də, o vaxtlar hələ səhnədə, mədəniyyət, incəsənət, ədəbiyyat aləmində olmayanlar və ya hələ dünyaya gəlməyənlər, Elçibəyin dövründə elm, mədəniyyət, incəsənət adamlarına, sənətə, sənətkara qayğı, diqqət yoxuydu, falan-filan…

Bunu deyənlərin gerçəkdən də, o dövrdəki vəziyyətdən və dünyadan xəbərsiz olmaları lazım, zatən görünən də budur…İkincisi də, ağ yalan…

Bir necə faktı xatırladacağam…

KORİFEY və NƏHƏNG Zeynəb Xanlarovanın illər öncə şəxsən mənə və mətbuata dediklərindən:

“…Rəhmətlik Elçibəy yenicə hakimiyyətə gəlmşidi…”Leyli və Məcnun” operasının yeni variantda (yeni ifaçılarla) premyerası idi…Elçibəy hakimiyyətində təmsil olunanlar hamısı da dəvət olunmuşudular…Mən dövlət katibi Pənah Hüseynovun yanında əyləşdim…

Dedim ki, Pənah bəy, Səkinə İsmayılova, Qəndab Quliyeva, Baba Mahmudoğlu (Allah hər ikisinə də rəhmət etsin, Səkinə xanıma da can sağlığı, uzun ömürlər versin)…neçə illərdir sənətdə, səhnədədirlər, zəhmətləri çoxdur, imkan olsa, onlara da “Xalq artisti” adı verin… Operadan çıxıb evə yenicə getmişdim…Bir də gördüm ki, AzTV-də adlarını çəkdiyim sənətçilərlə bağlı rəhmətlik Elçibəyin sərəncamları oxunur…”.

Bu, belə.

Yəqin ki, hamı mənimlə razılaşar, son 30-35 ilin ən böyük SƏNƏTKARI Alim Qasımovdur…

1993-cü ildə, o çətin dövrdə məhz Elçibəy ona “Xalq artisti” adını vermişdi…

O cümlədən, bu gün haqlı-haqsız tənqidlərə məruz qalan Afaq Bəşirqızına da “Xalq artisi” adını məhz Elçibəy vermişdi…

KORİFEY VƏ NƏHƏNG, dəfələrlə haqqı tapdalanmış, haqqı yeyilmiş Flora Kərimovaya gecikən haqqını tanıyan, ona “Xalq artisi” adını verən də yenə Elçibəy olmuşdu…

Şəhid atası- böyük yazıçımız Sabir Əhmədliyə “Xalq yazıçısı” adını verən yenə Elçibəy olmuşdu…Bu misalları xeyli artırmaq olar…

Deyirlər ki, Elçibəy türkçü, millətçi, pantürkist…olduğu üçün Azərbaycanda xalqlar arasında ayrı-seçkilik toxumları səpirdi…Yenə kökündən yalan…

Hakimiyyətinin elə ilk günlərində milli azlıqların hüquqlarının təmin olunması ilə bağlı ilk Dövlət Proqramına məhz Elçibəy imza atmışdı…

Yazıçı (hazırda səfir) Hidayəti də milli məsələlər üzrə müşavir təyin etmişdi (Onun bacısı oğlu, hazırda PA-nın şöbə müdiri işləyən Ədalət Vəliyevi də məhz Elçbəy mədəniyyət nazirinin müavini təyin etmişdi…Sonra Qarayev Əbülfəs onu yola vermədi, bezdirdi)…

Milli azlıqların-talışların, ləzgilərin, tatların, kürdlərin…milli mədəniyyət mərkəzləri də məhz o dövrdə yaradılmışdı…Və sair və ilaxır…

Səhvləri, xətaları deyin, amma faktları təhrif etməyin…Fakt(lar)-fakt(lar)dır, onlarla oynamaq olmaz, əlinizi yandırar!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu, qanunlara zidd əməllərdir…”-EKS-DEPUTAT

Read Next

“Elə bil göydən xoşbəxtlik yağırmış, qadağanı pozub evdən çıxmasalar, onlara çatmayacaqmış…”-DEPUTAT QƏZƏBLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir