Deyirlər ki, o, yəhidi deputat var ey… – YEVDA ABRAMOV

Jurnalistlər elə bilirlər ki, biz heç bir iş görmürük, ayda bir-iki dəfə plenar iclasa gəlməklə, işimizi yekunlaşdırırıq.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin oktyabrın 3-də keçirilən iclasında adıçəkilən komitənin sədr müavini Yevda Abramov deyib.

Onun sözlərinə görə, əslində isə belə deyil:

yevda-2

“Biz işimizi iki-üç dəfə iclasa toplaşmaqla bitirmirik. Komitəmizin yaz sessiyası ilə bağlı hesabatı da bir daha göstərir ki, biz nə qədər işlər görmüşük. Bizim fəaliyyətimiz görüntü, şirma xarakteri daşımayıb. Qoy bunu jurnalistlərimiz də bilsin. Təbii ki, mən heç zaman öz işimdən, fəaliyyətimdən razı qalmamışmam. Hesab edirəm ki, daha çox işləməliyəm. Bəzən bura insanlar gəlir, deyirlər ki, Hadi Rəcəblinin yanına gəlmisiz, deyirlər ki, yox, o, yəhudi deputat var ey, onun yanına gəlmişik, onunla görüşmək istəyirik. Mən də çalışıram ki, iki-üç kəlmə xoş sözlər deyib, o insanların könlünü alım, probleminə kömək edim. Demək istəyirəm ki, bütün bunlara baxmayaraq, daha çox işləməliyəm. Amma biz komitə olaraq işləyirik, bu, göz önündədir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…

Read Next

Şikayətlərin çoxu hüquq-mühafizə orqanları ilə bağlıdır – YAP-ÇI DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir