“Deyirlər parlament seçkiləri indi keçirilsin.Niyə?” – DEPUTAT

Demokratik ölkədə hakimiyyətə gəlməyin yalnız bir yolu var, o da seçki yoludur. Mitinqlərlə, küçə yürüşləri ilə hakimiyyətə gəlmək mümkün deyil.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, akademik Əhliman Əmiraslanov deyib.

O, qeyd edib ki, ölkəmizdə obyektiv, demokratik, beynəlxalq hüquq normalarına cavab verən seçkilər keçirilir.

Onun sözlərinə görə, hakimiyyətə gəlmək istəyirsən, gəl seçkilərdə iştirak et.

ahliman-1

“Prezident seçkilərindən heç bir il keçmədən müxtəlif fikirlər səsləndirməyə başlayırlar. Parlament seçkilərinə hələ bir ildən çox vaxt var, deyirlər seçkilər indi keçirilsin. Niyə? Xalqımız Heydər Əliyev siyasi kursunu və Prezident İlham Əliyev siyasətini dəstəkləyir və onlarla bir yerdədir. Dövlətimiz etibarlı əllərdədir!” -deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Qalatasaray” eyni gündə üç transfer reallaşdırdı

Read Next

6 mindən çox məzun imtahan verəcək – DİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir